İçməli suya görə ödənişlər asanlaşır

Son zamanlar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “smart-kart” tipli su sayğaclarının tətbiqini xeyli genişləndirib. Bununla yanaşı, hazırda abunəçilərin  “smart-kart”lardan istifadəsinin asanlaşdırılması istiqamətində tədbirlər də davam etdirilir.

Ötən müddətdə “Azərsu” ASC-nin ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə birgə həyata keçirdiyi  inteqrasiya işləri nəticəsində e-Manat terminallarında nağd ödənişlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi ilə bağlı müəyyən olunmuş limitlərin “smart-kart”lara yüklənməsi də təmin edilib. Xatırladaq ki, limitlərin e-Manat terminallarından yüklənməsi aktivləşənə qədər  qaçqın və məcburi köçkün abunəçiləri “smart-kart”lara balans yükləmək üçün sukanal idarələrinə müraciət edirdilər.

Ödənişlərin aparılması və “smart kart”lara balansın yüklənməsi üçün e-Manat ödəniş terminallarının ekranında “Azərsu” bölməsi, ardınca “smart-karta ödəniş”, daha sonra “əhali”  panelləri seçilir. Bundan sonra “smart-kart” terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Limitli abonentlərdə ödəmə gününə qədər qüvvədə olan limit miqdarı qədər balans karta yüklənir. Terminallarda aparılan əməliyyatlar real zaman rejimində həyata keçirilir və  “smart-kart”a balans yüklənilir.

Hazırda ölkə ərazisində 1300-dən çox e-Manat köşkü fəaliyyət göstərir ki, bunların da 201-i regionlarda quraşdırılmışdır. e-Manat köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda  abunəçilər 012-404-48-88 nömrəsinə zəng etməklə “Modenis” şirkəti ilə əlaqə saxlaya bilərlər. Yeri gəlmişkən, smart sayğacla təmin olunmuş məcburi köçkünlərin MilliÖn köşklərində də limitlərinin yüklənməsi üçün işlər davam etdirilir. Xatırladaq ki, məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinə görə hər nəfər üçün aylıq limit 5 kubmetr müəyyən edilmişdir. Limitdə nəzərdə tutulandan artıq su istifadə edildikdə isə onun dəyəri ödənilməlidir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında