Azərbaycanın Baş naziri ilə görüşdə yeni infrastruktur layihələri ilə bağlı razılıq əldə edilmişdir

Sentyabrın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının vitse-prezidenti Xiaoyu Zhaon ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Asiya İnkişaf Bankının nümayəndəsi sosial-iqtisadi və mədəni sahələrdə respublikamızda əldə olunan uğurlar barədə söz açaraq, bu istiqamətlərdə böyük inkişafa nail olunduğunu məmnunluqla qeyd etmişdir.
Daha sonra Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən infrastruktur layihələrinin icra vəziyyəti müzakirə edilərək nəticələrin təhlili aparılmış və əməkdaşlığın perspektiv istiqamətləri müəyyənləşdirilmişdir. Gələcəkdə energetika, yol-nəqliyyat, kənd təsərrüfatı, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və bərpası sahələri üzrə müvafiq layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında