Daşınmaz əmlak idarəçiliyinin qiymətləndirilməsi mövzusunda beynəlxalq tədbir

Bakıda “BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin BMT Avropa İqtisadi Komissiyası və Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində keçirdiyi tədbirdə AİK-ə üzv olan 56 dövlətin nümayəndələri iştirak edirlər.

Tədbirdə komitənin sədri Kərəm Həsənov çıxış edərək son illər ölkəmizdə dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri sahələrində əldə olunan nailiyyətlərdən danışıb. Bildirib ki, aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən əmlak münasibətlərində ciddi dəyişikliklər baş verib. İqtisadiyyatda müşahidə olunan müsbət tendensiyalar daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmaları labüd edib. Həmin yanaşmalar özündə informasiya və kommunikasiya texnologiyalarının, qabaqcıl idarəetmə mexanizmlərinin, beynəlxalq təcrübənin, müasir normativ-hüquqi bazanın və sadələşdirilmiş prosedurların tətbiqini cəmləşdirir. Daşınmaz əmlak infrastrukturunun inkişaf etdirilməsi istiqamətində atılan addımların beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini deyən komitə sədri həmçinin diqqətə çatdırıb ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hər il dərc etdiyi “Doing Businnes” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələr siyahısında, eyni zamanda,  daşınmaz əmlak qeydiyyatına görə ön sıralarda yer alır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında respublikamızın iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən dövlətlər sırasında olmasından söz açıb. Komitə sədri bildirib ki, daşınmaz əmlak idarəçiliyi sahəsində əldə olunan uğurlar iqtisadiyyatın inkişafına öz töhfəsini verməkdədir. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq əlaqələri, təşkil edilən beynəlxalq tədbirlər daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır.

Sonra Dünya Bankının Vaşinqtonda yerləşən baş qərargahı ilə canlı telekörpü yaradılıb. Dünya Bankının Beynəlxalq Daşınmaz Əmlak və Geoməkan Qurumunun strategiya rəhbəri Horhey Munos tədbirə qoşularaq Azərbaycanın daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə etdiyi uğurlardan danışıb. H.Munos “Doing Business 2015" hesabatında Azərbaycanın ilk onluqda yer alması münasibətilə təbriklərini çatdırıb və yığıncağın işinə uğurlar arzulayıb.

Tədbir işini sessiyalarla davam etdirir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında