“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin peşəkar inkişafına dəstək” adlı Tvinninq layihəsinin 7-ci rəhbərlik görüşü olub

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin peşəkar inkişafına dəstək” adlı Tvinninq layihəsinin 7-ci rəhbərlik görüşü olub.

Əvvəlcə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktoru xanım Rodia Maası ilə görüşüb.

DMX-nin mətbuat xidmətindən bildiriblər ki, görüşdə qloballaşan dünyada miqrasiya məsələlərinin aktuallığına diqqət çəkilib. Avropa İttifaqına üzv ölkələrin və Azərbaycan Respublikasının ən yaxşı təcrübəsinə əsaslanaraq Tvinninq layihəsi çərçivəsində görülmüş işlər və əldə olunmuş nəticələr təhlil olunub, həyata keçirilən tədbirlərdən danışılıb, uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub.

DMX-də Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti Proqramı çərçivəsində maliyyələşən Tvinninq layihəsi rəhbər komitəsinin 7-ci görüşündə hesabat dövründə komponentlər üzrə fəaliyyət istiqamətlərinin nəticələri müzakirə edilib, tənzimlənməyən miqrasiyanın fəsadlarından bəhs olunub. Təşrif buyurduqları ölkələrdə əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin olmaqlarını, yaşamaqlarını leqallaşdırmalarının həm miqrasiya edənlər, həm də həmin cəmiyyət üçün əhəmiyyətinə toxunulub.

DMX-nin rəisinin müavini Pərviz Musayev miqrasiya proseslərinin idarəedilməsi, beynəlxalq konvensiya və milli qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi işində miqrasiya qulluqçularının üzərinə düşən məsuliyyəti, bu baxımdan kadrların peşəkarlığının artırılmasına verilən ciddi önəmi qeyd edib.

Görüşdə Tvinninq layihəsi rəhbər komitəsinin 6-cı görüşündən keçən dövr ərzində əldə olunan nəticələr müsbət qiymətləndirilib.

Həmçinin layihənin Avropa İttifaqından tərəfdaş ölkələri olan Niderland, Rumıniya və Latviyadan ekspertlər, benefisiar ölkə tərəfindən layihə rəhbəri, layihə üzrə əlaqələndirici şəxs, komponent rəhbərləri, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin, həmçinin İttifaq nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında