Ağsuda daha üç kəndə mavi yanacaq verildi

Şirvan iqtisadi rayonunun  əsas bölgələrindən olan Ağsuda   təbii  qaz  təsərrüfatı  ötən  əsrin  60-70-ci  illərində  qurulmuş,   68  kənd  yaşayış  məntəqəsi  təbii  qazla  təmin  olunmuşdur,    dağlıq  ərazidə  yerləşən 11  kənd  isə qazlaşdırılmamışdı.  1980-ci  illərdən  sonra  salınmış  yaşayış  massivləri  də qazlaşdırılmamış,  aparılan  təmir-bərpa  işləri  qaz  təsərrüfatını  tam  əhatə  etməmişdi.

 Əsasən,  yeraltı  çəkilən  metal qaz  kəmərləri  uzun  illər korroziyaya  uğrayaraq    köhnəlmiş,   bütün  bunlar  şəhərdə  təbii  qazın  abonentlər  arasında  normal  paylanmasında  çətinlik yaratmışdı.   Belə ki, əhalinin  müəyyən  hissəsinin  təbii  qazdan  istifadəsi  mümkün  olmamış,  eyni  zamanda  normadan  artıq  təbii  qaz  itkisinə səbəb olmuşdur.   Nəticədə   əvvəllər  qazlaşdırılan  kənd  yaşayış  məntəqələrinin    xətt  təsərrüfatında,  eləcə  də  digər  qurğu  və  avadanlıqlarda     ciddi  problemlər  yaranmışdı.

Bu  səbəbdən  də  2008-ci  ildən  etibarən  şəhərdə  və  bir  neçə  kənddə  qaz  təsərrüfatının  bərpası,  2009-cu  ildən  isə  qaz  təsərrüfatının yenidən qurulması  və  əvvəllər  qazlaşdırılmayan  bir  neçə  kəndin   qazlaşdırılması   istiqamətində  işlərə  başlanılmışdır.  Hazırda  rayonun   80  yaşayış  məntəqəsindən əhalisinin  sayı  47672  nəfər,  abonentlərin  ümumi  sayı  9459  olan 36  yaşayış  məntəqəsinə  (1 şəhər,  35  kənd)  təbii  qaz  verilir. Bu  da  rayon  əhalisinin  63,5  faizini  təşkil  edir.

Bu fikirlər rayonun daha üç yaşayış məntəqəsinə – Ərəbmehdibəy,  Xəlilli  və  Mustafalı  kəndlərinə təbii qaz verilməsi münasibətilə keçirilən  tədbirdə səsləndirildi. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Ərəstun  Cavadov, “Azəriqaz” İstehsalat Birliyi Tikinti Departamentinin əsaslı  tikinti  şöbəsinin  müdiri  Şəhriyar  Babayev  və  ictimayətlə  əlaqələr  şöbəsinin  rəis  əvəzi  İbrahim  Kərbalayevin  iştirak etdikləri mərasimdə qeyd edildi ki, bu  gün  təbii qaz verilişinin açılış mərasimində  iştirak  etdiyimiz 2240 nəfərin yaşadığı 3  kəndin qazlaşdırılması üçün  ümumilikdə  müxtəlif diametrli  12441 metr yeraltı  polietilen,  25581   metr yerüstü  metal  kəmərlərlə qaz xətləri çəkilmişdir.  Bu   3  kənddə  339  evə daxili qaz xətləri çəkilmiş və qaz sayğacı quraşdırılmışdır.

Rayon icra hakimiyyətinin başçısı öz çıxışında qeyd etdi ki, Azərbaycan dövlətinin, xüsusən, Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində tezliklə rayonun digər  yaşayış məntəqələri də qazlaşdırılacaq. Natiq qeyd etdi ki, bu gün Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri də insanların sosial rifah halının yaxşılaşdırılmasıdır. Biz şadıq ki, Ağsu sakinləri dövlətin həmin qayğısından daha çox faydalanırlar.

İ. MUSAOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında