QDİƏT-ə üzv dövlətlərin gömrük idarələri rəhbərləri Bakı Bəyannaməsini qəbul etdilər

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin iclası keçirilir. İclasın ilk günü “Ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin təşəbbüsləri”nə dair Bakı Bəyannaməsinin qəbul edilməsi ilə əlamətdar olub.

İki gün davam edəcək iclasda Azərbaycanla birgə Bolqarıstan, Rumıniya, Ukrayna, Yunanıstan, Belçika, Rusiya və digər ölkələrin nümayəndələri iştirak edirlər.

İclası giriş sözü ilə açan Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev bildirib ki, QDİƏT-in fəaliyyəti üzv ölkələr arasında iqtisadi əməkdaşlığa böyük təkan verib. Bu əməkdaşlıqdan gömrük xidmətləri də yararlanırlar.

R.Həsənəliyev iclasın gömrük xidmətləri arasında təcrübə mübadiləsi baxımından faydalı olacağını vurğulayıb.

QDİƏT-in daimi beynəlxalq katibliyinin baş katibi Trayan Çebeleu təşkilatın bundan əvvəlki iclaslarını xatırladaraq ötən müddətdə bir sıra nailiyyətlərin əldə olunduğunu deyib. Qeyd edib ki, bu ilin sentyabrında İstanbulda keçirilən iclasda QDİƏT-ə üzv ölkələr arasında gömrük xidməti sahəsində və ölkələr arasında ticarətin sadələşdirilməsi məqsədi daşıyan “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı birgə işçi qrupu yaradılıb. Baş katib vurğulayıb ki, bu iclas da QDİƏT ölkələri üçün bir sıra yeni əməkdaşlıq sahələrinə dair müzakirələr aparılması və yeni təcrübələrin qazanılması üçün çox əhəmiyyətli olacaq.

Yunanıstanın Maliyyə Nazirliyinin əməkdaşı Odissefs Pilalis isə bildirib ki, gömrük xidməti orqanları kontrafakt məhsulların ölkəyə daxil edilməsində böyük rol oynayır. Gömrük sistemləri gələcəkdə bir sıra dəyişiklərə hazırlanmalıdır. Bunun üçün işçilərin, personalın təcrübəsi artırılmalıdır. QDİƏT ölkələri beynəlxalq mütəşəkkil cinayətkarlıqla, maliyyə cinayətlərinə qarşı mübarizə aparmağa da nail ola bilərlər. Bu baxımdan Qara dəniz ölkələrinin əməkdaşlığı və birgə fəaliyyəti çox vacibdir.

İclasda QDİƏT-ə üzv dövlətlərin gömrük idarələri rəhbərlərinin çıxışları ilə davam etdirilib.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında