Bakıda beynəlxalq sənaye konfransı keçirilir

İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq sənaye konfransı öz işinə başlayıb.

Tədbirə 21 ölkənin dövlət qurumlarını, araşdırma mərkəzlərini, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox iştirakçı qatılıb.

“Four seasons” otelində keçirilən  konfransda İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi konfransın işinə uğurlar arzulayıb və BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş katibi Li Yongun tədbir iştirakçılarına ünvanlanmış video müraciətini təqdim edib. Li Yong video müraciətində Bakıda beynəlxalq sənaye konfransının keçirilməsindən məmnunluğunu ifadə edib, tədbirin sənaye ilə bağlı müzakirələrin aparılması baxımından mühüm platforma rolunu oynayacağını vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti tərəfdindən 2014-cü ilin “Sənaye ili” elan edilməsini yüksək qiymətləndirib.

BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk çıxışında Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlar əldə etdiyini və bunun yükək qiymətləndirildiyini bildirib, konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə əhəmiyyətli töhfə verəcəyini xatırladıb.

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel isə çıxışında Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdiyini, beynəlxalq sənaye konfransının sənaye sahəsində əlaəqlərin genişləndirilməsində rolunu qeyd edib.

Konfrans çərçivəsində Azərbaycan Respublikası hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı imzalanıb. Sənədi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və  BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi imzalayıblar.

Daha sonra konfrans “Müasir sənaye siyasəti və sənayenin dayanıqlı inkişafı” mövzusunda panel sessiyada öz işini davam etdirib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə, Monteneqro Respublikasının iqtisadiyyat naziri Vladimir Kavariç, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov, Səudiyyə Ərəbistanın İnvestisiya Baş İdarəsinin direktor müavini Qada Alsubai, BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələsgərov, MDB-nin icraçı katibinin müavini Sergey İvanov sessiyadakı çıxışlarında təmsil etdikləri ölkələrin və qurumların sənaye siyasəti, əldə edilən uğurlar, inkişaf istiqamətləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıblar.

Konfransda “Azərbaycanda sənayeləşmə: ənənə və gələcək” filmi nümayiş olunub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında