Yeni müqavilə iqtisadi əlaqələrin, ticarət münasibətlərinin inkişafına təkan verəcəkdir

Rusiya İqtisadi İnkişaf Nazirliyində MDB iqtisadi inkişaf nazirlərinin azad ticarət zonası haqqında Müqavilə layihəsinin müzakirəsinə həsr olunmuş müşavirəsi keçirilmişdir. Azərbaycanı tədbirdə iqtisadi inkişaf nazirinin birinci müavini Niyazi Səfərov təmsil etmişdir.
Rusiyanın iqtisadi inkişaf naziri Elvira Nabiullina bildirmişdir ki, Rusiya üçün MDB ölkələri ilə iqtisadi sahədə əməkdaşlıq öncül məsələlərdən biridir. Azad ticarət haqqında müqavilə layihəsi Rusiya və MDB-nin bütün ölkələri üçün mühüm əhəmiyyətə malikdir. Sənəd üzərində iki il iş aparılmışdır və hazırda bir çox istiqamətlərdə mövqeləri yaxınlaşdırmaq mümkün olmuşdur. MDB İqtisadi Şurasının sentyabrın 17-də keçiriləcək iclasında müqavilə ilə bağlı məsələlər nəzərdən keçiriləcəkdir.
Bildirilmişdir ki, MDB-də hazırkı iqtisadi vəziyyəti, Birliyin bəzi ölkələrinin Ümumdünya Ticarət Təşkilatına üzv olmasını və digər ölkələrin bu təşkilata qoşulmaq niyyətini nəzərə alaraq, dövlətlərarası ticarət münasibətlərinin hüquqi bazasını yaxşılaşdırmaq zərurəti ortaya çıxmışdır. Buna görə də azad ticarət zonası haqqında yeni müqavilə layihəsi hazırlanmışdır. Sənəd MDB məkanında ticarətin tammiqyaslı liberallaşdırılması üçün vahid, müasir tələblərə cavab verən müqavilə bazası yaratmağa kömək edəcəkdir.
E.Nabiullina demişdir: "Bütün bunlar ölkələrimiz üçün tamamilə şəffaf, ticarət qaydalarını, mübahisələrin nizama salınması qaydalarını əks etdirən yeni müqavilə bazası olmasını tələb edir. Rusiya üçün də bu, çox vacibdir, çünki MDB ölkələri ənənəvi tərəfdaşlardır, bu sənəd isə hamı üçün vahid ticarət qaydalarını, ticarətin mühafizəsini təmin edir".
MDB-nin icraçı katibi Sergey Lebedev çıxışında Birlik ölkələri arasında ticarət-iqtisadi münasibətləri yüksək qiymətləndirərək bildirmişdir ki, sənədlə bağlı bir çox mübahisəli məsələlər bu gün həll olunmuşdur. Onun fikrincə, bütün dövlətlər ticarət-iqtisadi əməkdaşlığın möhkəmlənməsində maraqlıdırlar və işçi qrupu layihə üzərində işi sürətləndirəcəkdir.{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında