İqtisadi böhran şəraitində birbaşa satış və marketinqin rolu

Mövcud olan saysız-hesabsız ənənəvi biznes növlərinin olmasına baxmayaraq bir çox insanlar hələ də alternativ, daha davamlı gündəlik qazanc yolunun axtarışındadır. Xüsusən, iqtisadi böhran şəraitində bəzən daimi iş yerini itirən insanlar əlavə gəlir mənbəyinə ehtiyac duyurlar. Birbaşa satış və marketinqin düzgün qurulması dünyada iqtisadi cəhətdən yaşanan çətin dövrdə də biznesin inkişafını təmin edir. Marketinqin əslində nə olduğunu diqqətlə öyrəndikdə görmək olar ki, bu, biznesin uğur qazanması üçün çox əhəmiyyətli vasitədir.
Princeton Universitetin Psixolinqvistik Şöbəsi belə təsvir edir ki, ... marketinq həvəsləndirmə (promo) vasitəsilə birbaşa fərdi müştəriyə ötürülür.
Bu əsl, çoxşaxəli biznes modelinin tam şəkildə izahı hesab edilmir, lakin birbaşa satışın müasir dünyamıza bir qədər təkan olması haqda bizə dəlil verir. Bir cəmiyyət olaraq biz heç bir zaman potensial müştəriyə birbaşa mesaj göndərmə yaxud onu həvəsləndirmə metodunu tətbiq etməmişik. Bu fikir, həmçinin hazırda sözügedən biznesin coğrafi hüdud bilmədən, informasiyanın ötürülməsi vasitəsilə qlobal miqyasda bənzərsiz şəkildə geniş yayılmasına dəlalət edir.
Bu sənayenin Mərkəzi və Cənub-Şərqi Asiya ölkələrində geniş yayılmasına nəzər saldıqda yuxarıda qeyd edilənlər öz təsdiqini tapır. Hazırda Orta Asiya ölkələrində birbaşa satış sənayesi böyük uğur qazanır və tədqiqatçılar mövcud kommunikasiya infrastrukturunun bu bizneslə müqayisədə daha ləng inkişaf etdiyi üçün onun qismən də olsa bir qədər qarşısını alırlar.
Rekordun düzgün müəyyən edilməsi
Birbaşa Satış biznesinin inkişaf tarixində bu biznesin fırıldaqçılar tərəfindən piramida biznesi adlandırıldığına rast gəlirik. Bir tərəfdən, fırıldaqçı iş adamlarının istifadə etdiyi davamlı və kökündən uğursuzluğa aparan piramida modelləri, digər tərəfdən, bəzi ölkələrdə bu biznesə dair müvafiq qanunvericiliyin olmaması onun mənfi tərəfindən təbliğ olunmasına münbit şərait yaratdı. Hər bir sahədə olduğu kimi, bu biznesdə də qeyri-standart məqamlar mövcuddur, lakin bir neçə mənfi elementlərə görə biznesin tamamilə mənfi qiymətləndirilməsi düzgün deyil.
Birbaşa Satış sahəsində fəaliyyət göstərən nüfuzlu QNet şirkətinin baş direktoru JR Mayer bu biznesi belə qiymətləndirir: "Birbaşa satış biznesi çətin dövr keçməsinə rəğmən faktiki olaraq hələ də mövcuddur. İndi bir çoxları dərk edir ki, birbaşa satış biznesində çalışan insanlar səylə çalışan, müvafiq qanunvericiliyə tabe olaraq çalışan insanlardır və bizim iş adamlarına (sahibkarlara) təklifimiz ondan ibarətdir ki, vaxtlarını və nümayiş etdirdikləri səyi səmərəli şəkildə bir araya gətirməklə, qanuni və geniş biznes imkanı əldə etmiş olarlar".
Əslində QNet Birbaşa Satış biznesi modelinin əhəmiyyətli nümunəsi hesab edilir. Baş ofisi Honqkonqda yerləşən şirkət son zamanlar sürətli inkişaf dövrünü yaşayır və qloballaşma çərçivəsində mövcud lokallaşma strategiyasını reallaşdırır. Dünyanın 200-ə yaxın ölkəsində internet üstündən məhsul satan və xidmət göstərən şirkətin fəaliyyətindən daimi istifadə edənlərin sayı 4 milyon nəfəri ötüb. Cənub-Şərqi Asiya ölkələrində müasir kompyuter texnologiyalarının, internetin imkanlarından istifadə etmək ənənəsi bu bölgədə birbaşa satış şirkətlərinin fəaliyyəti üçün əlverişli zəmin yaradır. Şirkətin fəaliyyəti əslində ərazi və sərhədlərlə məhdudlaşmır, virtual aləmdə məkan məfhumu yoxdur. Mütəxəsislər iqtisadi böhran şəraitində birbaşa satış şəbəkəsinin fəaliyyətini davam etdirmək bacarığını da bununla izah edirlər. QNet Şirkəti də dünya iqtisadi böhranında rəqabətə davamlı biznes sahəsi kimi özünü göstərdi. Şirkət gələcəkdə Orta Asiya, Afrika və Yaxın Şərq, habelə Şimali Amerika ölkələrində öz distribütorlarını genişləndirmək niyyətindədir.
Artıq bütün dünyada birbaşa satış biznesi haqqında insanların müəyyən təsəvvürü formalaşmışdır. Bu biznes növü ilin istənilən fəslində öz davamlılığını nümayiş etdirərək gələcəkdə sahibkarlıqla məşğul olmaq istəyən insanlar üçün real bir imkandır. Birbaşa satış və marketinq modeli haqqında daha ətraflı məlumatı  www.qnet.net saytından almaq olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında