Azərbaycanda dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrlə bağlı tədbirlər görülür

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri  cari ilin 10 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən, təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) müvafiq qaydada texniki baxış keçirərək 711 akt tərtib etmişlər.

Dövlət Radiotezliklər İdarəsindən aldığımız məlumatda bildirilir ki, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 292 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitələr aşkar olunmuşdur.

Onlardan 131 ədədi möhürlənmiş, 107 ədədi qeydiyyata alınmış və 54 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülməkdədir.

Qeydiyyatdan keçməyən qeyri-qanuni radioelektron vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 28  protokol tərtib olunmuş və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciət edilmişdir.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında