“Baku Steel Company” istehsal etdiyi məhsulların qiymətini endirdi

“Sənaye ili”ndə illik istehsal gücünü 1 milyon tona çatdıran “Baku Steel Company” MMC istehsal etdiyi çoxçeşidli məhsulların – pəstah, tikinti armaturları, polad məftil və künclüklərin qiymətini 720 manatdan 590 manata endirmişdir. Qiymət endirimi məhsulların keyfiyyət göstəricilərinə təsir etməmiş, əksinə, SGS, BAM, İntertek kimi keyfiyyətə nəzarət edən beynəlxalq şirkətlərin və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun hesabatlarında keyfiyyət göstəricilərinin qiymət endirimindən sonra da yüksək səviyyədə olduğu qeyd edilmişdir.

Məhsulların qiymət və keyfiyyətinin optimallaşdırılması təkcə daxili bazara deyil, həm də Azərbaycana qonşu olan ölkələrə də (Rusiya, Gürcüstan, Türkmənistan) məhsullarının ixrac olunmasında rəqabətyönlü qiymətlərin təklif edilməsinə şərait yaratmışdır. Son aylarda bağlanan müqavilələr də bunun bariz nümunəsidir.

Şirkətdə uğurla həyata keçirilən texnoloji proseslərin optimallaşdırılması, investisiya siyasətinin gücləndirilməsi, sosial infrastrukturun yenidən qurulması və digər kompleks islahatlar inkişafı təmin edən başlıca komponentlərdən biri olmaqla bu gün də davam etdirilməkdədir. Bu islahatların bəhrəsi olaraq “Baku Steel Company” MMC gələcəkdə də keyfiyyətin daim yüksək standartlarla təmin edilməsi və qiymət endirimi sahəsindəki siyasətini davam etdirəcəkdir.

“Baku Steel Company” MMC haqqında: Ölkəmizdə ağır sənaye sahəsində yaradılmış ilk özəl müəssisə olan “Baku Steel Company” Qafqaz regionunun birinci müasir poladəritmə müəssisəsidir. Azərbaycan metallurgiyasının flaqmanı olan şirkət 21 iyun 2001-ci ildə fəaliyyətə başlamış, şirkətin rəsmi açılış mərasimində ümummilli liderimiz Heydər Əliyev iştirak etmişdir. “Azərbaycanda özəl sektor sahəsində xarici sərmayə ilə belə bir metallurgiya zavodunun yaranması Azərbaycan dövlətinin iqtisadi sahədə apardığı ardıcıl siyasətin bariz nümunəsidir”– deyən müdrik rəhbərin sözləri “Baku Steel Company” MMC-nin fəaliyyətinə verilən ən yüksək qiymət olmuşdur. Son 13 ildə böyük bir inkişaf yolu keçən şirkət Azərbaycan iqtisadiyyatında mühüm yer tutmuş, yeni iş yerlərinin açılmasında, ekoloji tarazlığın yaranmasında yaxından iştirak etmiş, qeyri-neft sektorunda böyük vergi ödəyicilərindən biri olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında