ARDNŞ: Azərbaycan mübahisəli ərazilərdə heç vaxt işləməyib və işləməyəcək

“Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə tərəfi ilə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün heç bir anlaşma imzalamayıb”.

Bu barədə “APA - Economics”ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.

Məlumatda qeyd olunub ki, şirkətin bununla bağlı heç bir anlaşması yoxdur: “ARDNŞ həmin mübahisəli ərazilərdə heç vaxt işləməyib və işləməyəcək”.

Qeyd edək ki, Yunanıstanın “Simerini” qəzeti Türkiyənin ARDNŞ-lə Kiprin Aralıq dənizi sahillərində qaz yataqlarının kəşfiyyat işlərinin aparılması üçün anlaşma imzalaması barədə xəbər yayıb.

Qəzet iddia edib ki, ARDNŞ mübahisəli dəniz ərazilərində gələn ilin fevral ayından etibarən qaz yataqlarında kəşfiyyat işlərinin aparılmasına başlayacaq. Hətta bununla bağlı Aralıq dənizi sahillərində Türkiyənin “Türkiyə Petrol Ofisi” (TPAO) şirkəti guya ARDNŞ-in quraşdıracağı iki kəşfiyyat platformasını kirayələmək niyyətindədir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında