Samir ŞƏRİFOV: Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısına hazırlıq yüksək səviyyədə gedir

Maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə müdiri Samir Şərifov noyabrın 4-də Bakıda səfərdə olan AİB-in prezidenti Takehiko Nakao ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə AİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, Bankın Rəhbərlər Şurasının 2015-ci ilin may ayında Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə olunub.

Samir Şərifov AİB-in İllik Toplantısına hazırlıq prosesinin yüksək səviyyədə getdiyini və Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirəcəyini bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin nail olduğu sürətli sosial-iqtisadi inkişaf, mötəbər beynəlxalq tədbirlərə, sammitlərə, konfranslara ev sahibliyi edən respublikamızın bu sahədəki təcrübəsi, həmçinin Bakı şəhərində yaradılmış müasir infrastruktur bu cür mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə imkan verir. S.Şərifov, eyni zamanda, Azərbaycanın tranzit və logistika sahəsində əlverişli imkanlara malik olmasının və paytaxtdakı mövcud otellərin say və tutumunun da təşkilatçı ölkə kimi iştirakçıları yüksək səviyyədə qarşılamağa imkan yaratdığını vurğulayıb.

Takehiko Nakao tədbirə ev sahibliyi etməklə bağlı Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdiyini və Bankın Rəhbərlər Şurasının Bakıda keçiriləcək 48-ci İllik Toplantısının uğurlu olacağına əminliyini ifadə edib. Qeyd olunub ki, toplantıya 3000-dən çox iştirakçının, o cümlədən nazirlər və digər hökumət rəsmilərinin, inkişaf tərəfdaşlarının, özəl sektor nümayəndələrinin, alimlərin, vətəndaş cəmiyyəti təşkilatlarının, gənclər və media təmsilçilərinin qatılacağı gözlənilir. 

Görüş zamanı Azərbaycanın güclü inkişafı, makroiqtisadi sabitlik, qeyri-neft sektorundakı dinamik artımı, həmçinin səhiyyə, təhsil və su təchizatı sektorlarında əldə olunan nailiyyətlər təqdir olunub, dayanıqlı və əhatəli iqtisadi inkişafa AİB-in necə dəstək verə biləcəyi barədə fikir mübadiləsi aparılıb.

T.Nakao bildirib ki, AİB-in Azərbaycanla bağlı 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası respublikaya öz iqtisadiyyatını daha da şaxələndirməkdə kömək edəcək.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında