Dünya Bankı Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir

Dünya Bankı gələcəkdə Azərbaycanla əməkdaşlığı Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) vasitəsilə gücləndiriləcək. Bu barədə məlumat Mərkəzi Bankın sədri Elman Rüstəmovun Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 4-də  keçirilmiş görüşündə açıqlanıb.

Mərkəzi Bankdan AzərTAc-a bildiriblər ki, görüş zamanı Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş layihələr müzakirə edilib. Həmçinin DB-nin texniki və maliyyə dəstəyinin uğurlu nəticələri, cari il üzrə ən son makroiqtisadi inkişaf, 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıq, bank sektorunda kapitallaşdırma və konsolidasiya prosesləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

E.Rüstəmov qonaqlara ölkədəki makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib. Cari ildə və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən Mərkəzi Bankın sədri, həmçinin “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini diqqətə çatdırıb.

Azərbaycanda iqtisadi artım davam edir və bu, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunur. Son 10 ildə iqtisadiyyat 3,4 dəfə artıb ki, bu da ölkəmizin tarixində ən yüksək göstəricidir. Əldə olunan inkişafın ölkənin beynəlxalq iqtisadi imicini daim yaxşılaşdırdığını vurğulayan E.Rüstəmov beynəlxalq təşkilatların müvafiq hesabatlarından bəhs edib. Bildirilib ki, “Doing Business - 2015” hesabatına əsasən Azərbaycan səkkiz pillə irəliləyərək 80-ci yerdə, ”Qlobal Rəqabətlilik Hesabatı” üzrə isə bir pillə irəliləyərək 38-ci yerdə qərarlaşıb.

Dünya Bankı nümayəndə heyətinin rəhbəri Azərbaycanın sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirib.  L.Tak gələcəkdə ölkəmizlə əməkdaşlığın Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) vasitəsilə gücləndiriləcəyini bildirərək DB tərəfindən aparılmış Azərbaycan üzrə Sistematik Ölkə Diaqnostikası barədə məlumat verib, nəticələr əsasında yeni ÖTÇ-nin hazırlanacağını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında