Azərbaycan Respublikası Dövlət Neft Şirkətində AGRİ layihəsinin həyata keçirilməsi üzrə sənədlər imzalanmışdır

Azərbaycanın təbii qazının maye halında Qara dəniz vasitəsilə Rumıniyaya göndərilməsi məqsədilə texniki-iqtisadi araşdırmalara başlanılmışdır. Bununla bağlı Azərbaycan, Gürcüstan və Rumıniyanın birgə təsis etdiyi AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsi çərçivəsində sentyabrın 14-də ARDNŞ-nin baş ofisində hər üç ölkənin şirkətləri arasında iki yeni sənəd imzalanmışdır.
Azərbaycan təbii qazının mayeləşdirilmiş formada Avropaya nəqlini nəzərdə tutan müqavilələri Azərbaycan tərəfdən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Gürcüstan tərəfdən bu ölkənin neft və qaz korporasiyasının baş direktoru Zurab Cancqava, Rumıniya tərəfdən "Romqaz" şirkətinin baş direktoru Marçel Adrian Piteiu imzalamışlar. Sənədlərdən biri təbii qazın ixracı ilə bağlı Anlaşma Memorandumudur, digəri isə bununla əlaqədar birgə müəssisənin yaradılmasını nəzərdə tutur.
İmzalanma mərasimindən sonra aparılan danışıqlarda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ölkəmizin Avropanın neft və qazla təminatında mühüm rolundan danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan bu layihənin həyata keçirilməsi ilə əlaqədar üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır.
Rumıniyanın iqtisadiyyat, ticarət və biznes naziri İon Ariton Azərbaycanın Avropanın enerji məhsulları ilə təminatında oynadığı rolu yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, bütün potensial investorların iştirakı üçün açıq olan layihə Rumıniyaya enerji daşıyıcılarının nəqlini şaxələndirməyə imkan verəcəkdir.
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri də tranzit ölkə olaraq Gürcüstanın yeni layihənin işə salınmasında maraqlı olduğunu söyləmişdir. Bildirmişdir ki, mayeləşdirilmiş qazın alıcıları Avropa İttifaqı ölkələri olacaqlar.
İmzalanan sənədlərə əsasən layihə ilə bağlı texniki-iqtisadi araşdırmalar aparılacaqdır. Bu ilin oktyabrında isə Buxarestdə layihənin icrası üçün ARDNŞ, Rumıniyanın "Romqaz" şirkəti və Gürcüstanın neft və qaz korporasiyasının nümayəndələrindən ibarət idarəçilik şirkəti təsis ediləcəkdir. Yaradılacaq birgə müəssisədə şirkətlərin hər biri 33,3 faiz paya malik olacaqdır. AGRİ layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında