Bakıda keçirilən beynəlxalq konfransda 15 ölkədən maliyyə-bank sektorunun nümayəndələri iştirak edir

Bakıda “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı keçirilir.

Azərbaycan Mərkəzi Bankından AzərTAc-a bildiriblər ki, iki gün davam edəcək konfransda ümumilikdə 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəblərinin, beyin mərkəzlərinin mütəxəssisləri və maliyyə-bank sektorunun nümayəndələri iştirak edirlər.

Konfransı açan Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev dünyada makroiqtisadi siyasət sahəsində son meyillər barədə məlumat verib. Sonra ABŞ-ın Kaliforniya Universitetinin professoru Joshua Aizenmanın və Türkiyənin Bilkent Universitetinin professoru Refet Gürkaynakın məruzələri dinlənilib.

Sessiyalarda postböhran dövründə qlobal tarazlığın bərpası və makroiqtisadi çağırışlar, inkişaf etməkdə olan ölkələrdə monetar siyasət çərçivəsi, mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsi kimi məsələlər ətrafında təqdimatlar edilib, müzakirələr aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında