Mərkəzi Bankın fəaliyyəti iqtisadi artımın və şaxələnmə proseslərinin hərtərəfli dəstəklənməsinə yönəlib

Mərkəzi Bank əvvəlki illərdə olduğu kimi, cari ildə də öz mandatından irəli gələn vəzifələri uğurla yerinə yetirib, fəaliyyətini iqtisadi artımın və şaxələnmə proseslərinin hərtərəfli dəstəklənməsinə yönəldib.

Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında bu barədə danışan bankın sədri Elman Rüstəmov vurğulayıb ki, Azərbaycan milli iqtisadiyyatın maliyyə dayanıqlığı və makroiqtisadi sabitlik göstəricilərinə görə dünyada ön mövqelərini inamla qorumaqdadır.

Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən bildiriblər ki, Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqtisadi sabitliyi və sosial-iqtisadi inkişafının dayanıqlığına dair qeydlərini önə çəkən sədr E.Rüstəmov cari ilin ötən dövründə ölkə iqtisadiyyatında dinamik inkişafın və əhalinin rifah səviyyəsinin yüksəlməsi proseslərinin davam etdiyini bildirib. Qeyd olunub ki, Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerə layiq görülüb, o cümlədən makroiqtisadi sabitlik üzrə ilk onluqdakı yerini qoruyub. Cari ilin 9 ayında ölkədə iqtisadi artım 2,5 faiz təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 6 faiz artıb. Ölkədə makroiqtisadi sabitlik qorunub, orta illik inflyasiya cəmi 1,5 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 0,4 faiz bəndi azdır. Əhalinin real pul gəlirləri 4 faiz artıb. Ölkədə investisiya aktivliyi yüksək olaraq qalıb, strateji valyuta ehtiyatları 53 milyard dolları keçib.

Mərkəzi Bankın bütün illərdə olduğu kimi, cari ildə də öz mandatından irəli gələn vəzifələri uğurla yerinə yetirdiyini, fəaliyyətini iqtisadi artımın və şaxələnmə proseslərinin hərtərəfli dəstəklənməsinə yönəltdiyini deyən E.Rüstəmov bildirib ki, başlıca məqsəd olan makroiqtisadi sabitlik etibarlı şəkildə qorunur. Belə ki, manatın məzənnəsi sabitdir və bu, aşağı inflyasiyanın təmin olunmasında mühüm amildir. Aşağı inflyasiya şəraitində Mərkəzi Bank pul siyasətinin təşviqedici imkanlarından səmərəli istifadə edir. Bank sektorunda dayanıqlı sabitlik hökm sürür, sektorun maliyyə vasitəçiliyi genişlənir.

İclasda, həmçinin qeyd edilib ki, Mərkəzi Bank hesabat dövründə digər vəzifə və funksiyalarını da uğurla yerinə yetirib. Çıxışlarda ödəniş sistemləri sahəsində son proseslər, modernizasiya işləri və yeni təşəbbüslər, valyuta ehtiyatlarının idarə edilməsi üzrə strateji dəyişikliklər, nağd pul təsərrüfatında inkişaf meyilləri və digər mühüm layihə işləri və institusional dəyişikliklər barədə məlumat verilib.

İclasın yekununda hesabat dövrünün nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkərək bildirib ki, Mərkəzi Bank bundan sonra da Prezidentin qarşıya qoyduğu sosial-iqtisadi inkişaf hədəflərinin reallaşdırılmasında fəal iştirak edəcək, iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında