Azərbaycan ən çox islahat aparan ilk on ölkə sırasında yer alır

Azərbaycan “Doing Business 2015” hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə qərarlaşıb.

Dünya Bankı oktyabrın 29-da biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2015” hesabatını açıqlayıb. 189 ölkənin biznes mühiti haqqında 2013-cü ilin iyun ayından 2014-cü ilin iyul ayınadək olan dövrü əhatə edən hesabatda Azərbaycanın mövqeyi 8 pillə yaxşılaşıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində dərc olunan müxtəlif hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar diqqət mərkəzində saxlanılır. Bu hesabatda Azərbaycanda üç indikator üzrə (“Əmlakın qeydiyyatı”, “Biznesə başlama” və “Vergilərin ödənişi”) həyata keçirilən islahatlar xüsusilə qeyd olunub. “Biznesə başlama” indikatorunda qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, “Əmlakın qeydiyyatı”nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, “Vergilərin ödənişi”ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi vurğulanıb.

Məlumatda qeyd edilir ki, Azərbaycanda 2007-ci ildən başlayaraq ardıcıl şəkildə 9 indikator (“Biznesə başlama”, “Tikinti icazələrinin alınması”, “Əmlakın qeydiyyatı”, “Kreditlərin alınması”, “İnvestorların maraqlarının qorunması”, “Vergilərin ödənişi”, “Müqavilələrin icrası”, “Xarici ticarətin aparılması” və “İşçilərin işə qəbulu”) üzrə reallaşdırılan 19 islahat “Doing Business” hesabatlarında öz əksini tapıb.

 Ötənilki hesabatla müqayisədə Azərbaycanın mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. Ölkəmiz “Vergilərin ödənilməsi” göstəricisi üzrə 44 pillə, “Tikinti icazələrinin alınması” üzrə 30 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə 22 pillə, “Əmlakın qeydiyyatı” üzrə 3 pillə, “Xarici ticarətin aparılması” üzrə 2 pillə irəliləyib. “Doing Business” hesabatının əsas göstəricisi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 64,08-ə yüksəlib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında