Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə namizəddir

       Koreya Respublikasının Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı işini davam etdirir.

Budəfəki konfransda 175 üzv ölkədən, habelə beynəlxalq və regional təşkilatlardan, müşahidəçi dövlətlərdən ümumilikdə 3 mindən çox nümayəndə iştirak edir. Tədbirdə ölkəmiz rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Qeyd edək ki, Azərbaycan Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasının üzvlüyünə namizəddir. Məlumatı  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahə nazirlərinin iclasında, ümumi iclasda, Regional Rabitə Birliyinin nümayəndə heyətlərinin rəhbərlərinin görüşündə iştirak edib. Nazir Əli Abbasov çıxışlarında ölkəmizin BTİ ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib, bu istiqamətdə ittifaqın Azərbaycanın irəli sürdüyü layihələrə dəstəyini vurğulayıb.

Ölkəmizdə İKT sektorunda son illər əldə olunan uğurlar barədə danışan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, yüksək texnologiyalar sahəsindəki inkişaf barədə məlumat verib.

Ə.Abbasov tədbir çərçivəsində BTİ-nin baş katibi Hamadun Ture, Rusiyanın, Macarıstanın, İranın, Uqandanın, Fil Dişi Sahilinin nazirləri ilə ikitərəfli görüşlər də keçirib. Görüşlərdə tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxış imkanları müzakirə edilib.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında