Azərbaycanda dövlət qeydiyyatında olan radioelektron vasitələrin sayı 46 mini ötmüşdür

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) qeydiyyatda olan radioelektron vasitələr (REV) və radiotezlik istifadəçiləri haqqında statistik məlumat açıqlanıb.

DRİ-dən verilən məlumatda deyilir ki, hazırda qeydiyyatda olan radioelektron vasitələrin ümumi sayı 46413 ədəddir.

Cari ilin yanvar-sentyabr  ayları ərzində  4453 ədəd REV idarə tərəfindən qeydiyyata alınmışdır.

Oktyabrın 1-nə olan məlumata görə  Dövlət Radiotezliklər İdarəsində 427 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Qeydə alınmış istifadəçilərin 72-si dövlət, 292-si kommersiya, 30-u xarici təşkilat və 33-ü fiziki şəxslərdir.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında