“Sənaye ili”nin doqquz ayında Suraxanıda 2653 yeni iş yeri açılıb

Suraxanı rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən iclasda  məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, ölkə rəhbərinin müvafiq  sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur.

Suraxanının sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti cənab İlham Əliyev iyulun 16-da yeni sənaye müəssisəsinin - Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Dövlət başçısına məlumat verilmişdir ki, 6 hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılmış, gələcəkdə burada daha 4 min panelin quraşdırılması nəzərdə tutulmuşdur.  Həmin panellər gündə 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək gücündədir.

“Sənaye ili” çərçivəsində, eyni zamanda, Qaraçuxur qəsəbəsində Transformator zavodunun yeni korpusunun tikintisi, Bülbülə qəsəbəsində isə “Bakı Toxuculuq” ASC-də yenidənqurma işləri davam etdirilmişdir.

Natiq diqqətə çatdırmışdır ki, hesabat dövründə rayonda sənaye məhsulunun istehsalı 284 milyon manat, tikinti işləri 145 milyon manat, nəqliyyat xidmətləri 13 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 70 milyon manat, orta aylıq əmək haqqı isə 576 manat təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsi 8,5 faiz artaraq 220 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 20,8 faiz artaraq 175 milyon manat olmuş, 2653 yeni iş yeri açılmışdır.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulan 51 tədbirdən 3-ü icra olunmuş, 19-nun isə icrasına başlanılmışdır. Dövlət Proqramına əsasən, hesabat dövründə 71 min abonentin 27 mini, yəni 38,5 faizi 24 saat fasiləsiz su ilə təmin edilmişdir. Elektrik enerjisi şəbəkəsində 3 transformator məntəqəsi quraşdırılmış, 4 transformator məntəqəsi əsaslı təmir olunmuşdur. Bunlarla bərabər, rayonda 1942 metr yeni qaz xətti çəkilmiş, yollara və məhəllələrə 120 min kvadratmetr asfalt örtüyü salınmış, 204 ədəd işıq dirəyi quraşdırılmışdır.

Hesabat dövründə Əmircan qəsəbəsində 84 saylı orta məktəbin köhnə binası sökülərək yerində yeni 960 şagird yerlik müasir məktəb binası tikilmiş, sentyabrın 13-də isə Prezident İlham Əliyev bu tədris ocağının açılışında iştirak etmişdir.

İ. Abbasov Suraxanının daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə də geniş məlumat vermişdir. Natiq, eyni zamanda, rayon əhalisinin kommunal xidmətlərinin daha da yaxşılaşdırılması, məktəb binalarının, uşaq bağçalarının tikintisi, əsaslı təmiri, abadlıq-quruculuq tədbirlərinin həyata keçirilməsi, vətəndaşların problemlərinin həlli istiqamətində görülən işləri konkret faktlarla diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu ilin 9 ayı ərzində rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7306 nəfərə 4,3 milyon manat sosial müavinət, 2320 ailəyə 3 milyon manat ünvanlı sosial yardım ödənilmiş, 251 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilmişdir. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu dövr ərzində əhaliyə 613 ton kənd təsərrüfatı məhsulları satılmışdır. Ötən müddətdə vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilmişdir.

Yığıncaqda rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığı da müzakirə olunmuşdur.

Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva və başqaları çıxış etmişlər.

Hesabat yığıncağına yekun vuran İ. Abbasov demişdir ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində də davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.

İ. Abbasov Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha minnətdarlığını bildirmiş və dövlətimizin başçısını əmin etmişdir ki, rayon sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.

Hesabat yığıncağında Milli Məclisin deputatı Fərəc Quliyev iştirak etmişdir.

Müzakirələrdən sonra müvafiq qərar qəbul olunmuşdur.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında