Azərbaycan hökuməti və Dünya Bankı arasında üç yeni borc sazişi imzalanıb

Oktyabrın 22-də Nazirlər Kabinetində Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında ümumi məbləği 300 milyon ABŞ dolları təşkil edən üç yeni borc sazişi imzalanıb.

Bu yeni maliyyələşdirmə Azərbaycanda ədliyyə xidmətlərinin müasirləşdirilməsi, kənd icmaları üçün infrastruktur xidmətlərinin təkmilləşdirilməsi və ölkə rayonlarında su-kanalizasiya şəbəkəsinin yenidən qurulması məqsədlərinə xidmət edəcək.

İmzalanma mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Dünya Bankı ilə yaranmış əlaqələrin tarixindən, icra olunan və yeni layihələrdən danışdı, tərəflər arasında əməkdaşlığı yüksək qiymətləndirdi, ötən dövrdə kifayət qədər yaxşı təcrübələrin toplandığını diqqətə çatdırdı.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirdi, yeni layihələrin uğurla icra olunacağına əminliyini ifadə etdi.

Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə üçün əlavə maliyyələşdirməyə dair Borc Sazişini və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə üçün əlavə maliyyələşdirməyə dair Layihə Sazişini Azərbaycan Respublikası adından aidiyyəti üzrə maliyyə naziri Samir Şərifov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və hər iki sənədi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adından Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko imzaladılar. Bu əlavə maliyyələşdirmənin məbləği 150 milyon dollar təşkil edir və onun məqsədi Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında daha çox ailənin keyfiyyətli və davamlı su təchizatı və kanalizasiya xidmətləri ilə əhatə olunmasından ibarətdir.

Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsinə dair Borc Sazişini ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko imzaladılar. Bu layihə üzrə Dünya Bankı borcunun məbləği 100 milyon ABŞ dolları təşkil edir. Layihənin əsas məqsədi baza ədliyyə və hüquqi xidmətlərə əlyetərliyin yaxşılaşdırılması, bu xidmətlərin göstərilməsində ədalətliliyin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə Azərbaycanda ədliyyə sektorunun müasirləşdirilməsi prosesinin davam etdirilməsidir. 

Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında ikinci kənd investisiyaları layihəsinə əlavə maliyyələşdirməyə dair borc sazişini kənd təsərrüfatı naziri Heydər Əsədov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko imzaladılar. Bu əlavə maliyyələşdirmənin dəyəri isə 50 milyon ABŞ dolları təşkil edir və onun əsas məqsədi ölkənin kənd bölgələrində icma əsaslı infrastruktur xidmətlərinin göstərilməsini təkmilləşdirməkdən ibarətdir. 

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında