2014-cü ilin yanvar-sentyabr aylarında əhalinin gəlirləri 5,4 faiz artmışdır

2014-cü  ilin  yanvar- sentyabr  aylarında  əhalinin  gəlirləri  əvvəlki  ilin  eyni  dövrü  ilə  müqayisədə 5,4  faiz  artaraq  27,2  milyard  manata  çatmış,  onun  hər  nəfərə  düşən  həcmi  4,0  faiz  artmışdır.

Dövlət   Statistika  Komitəsindən  aldığımız  məlumatda  bildirilir ki,   əhalinin  hər  nəfərinə  düşən  gəlirlərin  istehlak  qiymətlərindən  daha  sürətlə  artması  nəticəsində  əhalinin  alıcılıq  qabiliyyəti  əvvəlki  ilin  eyni  dövrü  ilə  müqayisədə  2,5  faiz  yüksəlmişdir.

Gəlirlərin  70,1  faizi  son  istehlak  xərclərinə,  11,8  faiz  vergilər,  sosial  sığorta  və  üzvlük  haqlarının,  kreditlər  üzrə  faizlərin  ödənilməsinə  sərf  edilmiş,  18,1  faiz  isə  yığıma  yönəldilmişdir.

Bütün    icbari  və  könüllü  haqlar  ödənildikdən  sonra  əhalinin  sərəncamında  24,7  milyard  manat  həcmində  və  ya  əvvəlki  ildəkindən  5,9  faiz  çox  vəsait  qalmışdır.

 

Samirə  ƏLİYEVA,

“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında