Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 5 elektron xidməti ən çox istifadə olunan e-xidmətlər sırasındadır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) sentyabr ayı ərzində “Elektron hökumət” portalı vasitəsi ilə ən çox istifadə olunan 20 elektron xidmətin siyahısını təqdim edib.

Mərkəzdən verilən məlumatda bildirilir ki, bu siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və “Elektron hökumət” portalının e-xidmətləri ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 5 elektron xidməti də yer alıb.

Bu xidmətlərə “Telefon nömrəsi üzrə axtarış”, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsi ilə ödənilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması”, “E-imza” və “AzDataCom internet xidmətinə qoşulma üçün sifariş” xidmətləri daxildir.

Ötən ayda RYTN-in göstərdiyi elektron xidmətlər arasında ən çox - 73388 dəfə “Telefon nömrəsi üzrə axtarış” xidmətindən istifadə olunub.

“Rabitə və kommunal xidmət haqlarının internet vasitəsi ilə ödənilməsi” xidməti üzrə 19643,  “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidməti üzrə isə 6391 istifadə sayı qeydə alınıb.

Bu müddət ərzində “Elektron hökumət” istifadəçiləri “E-imza” xidmətindən 2991 dəfə və “AzDataCom internet xidmətinə qoşulma üçün sifariş” xidmətindən isə 2051 dəfə yararlanıblar.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında