Nəsimi rayonu: ilin 9 ayı uğurlu olub

Nəsimi rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, cari ilin 9 ayında ölkəmizdə bütün sahələrdə nailiyyətlər əldə edilmiş, böyük infrastruktur layihələri və proqramların icrası müvəffəqiyyətlə davam etdirilmiş, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Əldə olunan nailiyyətlər əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müdrik siyasətin bariz nümunəsidir.

Natiq bildirdi ki, ötən doqquz ayda Nəsimi rayonunda da sosial-iqtisadi sahədə uğurlar əldə olunub. Bu dövrdə rayonda 274 milyon 110 min manat həcmində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çoxdur. 9 ay ərzində rayonda 2271 yeni iş yeri açılmışdır.

“Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ( 2011-2013-cü illər )” çərçivəsində Nəsimi rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası uğurla həyata keçirilmiş, 46 və 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universiteti nəzdindəki Məktəb Lisey Kompleksində təmir işləri başa çatdırılmışdır. Prezident İlham Əliyev məktəblərdə aparılan təmir işlərindən sonrakı vəziyyətlə tanış olmuşdur. 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb

inşa edilmişdir. Açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış edərək  bildirdi ki, 2014-cü ilin 9 ayında rayonda istehlak bazarı dinamik inkişaf etmiş, əhaliyə 710 milyon 220 min manatlıq mallar satılmış və xidmətlər göstərilmişdir. Bu dövrdə rabitə müəssisələri tərəfindən göstərilən xidmətin həcmi 29 milyon 128 min manat təşkil etmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələrin gördüyü iş və xidmətlərin həcmi 8 faiz artaraq 362 milyon 110 min manat olmuşdur. Yanvar-sentyabr aylarında tikinti-quraşdırma təşkilatları 452 milyon 669 min manat həcmində iş yerinə yetirmişlər. Bu, keçən ilin eyni dövrü ilə nisbətdə 1,5 dəfə çoxdur.

2014-cü ilin 9 ayı ərzində Nəsimi Rayon Qaz İstismarı sahəsi tərəfindən istehlakçılara 6 milyon 933 min 33 manat həcmində təbii qaz satılmış, ödəniş 103 faiz təşkil etmişdir. Sahə tərəfindən 3563 ədəd mexaniki sayğac “Smart-kart” sayğacları ilə əvəz edilmişdir. Bu dövrdə rayon enerji təchizatı və satışı idarəsi tərəfindən istehlakçılara 27,18 milyon manatlıq enerji satılmış və ödəniş 100,8 təşkil etmişdir. İdarə tərəfindən 27 min 566 metr kabel və naqillər dəyişdirilimiş, 8 transformator daha güclüsü ilə əvəz olunmuşdur. Bu dövrdə Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən 5800 metr su borusu və 700 metr kanalizasiya xətti çəkilmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Hüseynbala Əliyev və Rəşid Məmmədov küçələrinin kəsişməsində yerləşən “Heydər parkı”nda əsaslı təmir işləri və Cavadxan küçəsində salınan parkın inşası başa çatmaq üzrədir. Vaqif prospekti, X.Şuşinski, Ə.Qasımzadə və S.Rüstəm küçələrinin əhatə etdiyi parkda abadlıq işləri görülür. Ötən dövrdə 14 ünvanda 17460 kvadratmetr yeni yaşıllıq zolağı salınmış, 2474 ağac və gül kolları əkilmişdir. Səkilərə 5254 kvadratmetr tamet plitə vurulmuş, 5321 metr bardür yenisi ilə əvəz edilmişdir. 81 ünvanda binaların fasadları təmir olunmuş, Bakı Musiqi Akademiyasının binasının fasadında əsaslı təmir işləri görülmüşdür. Hazırda Respublika Velotrekində yenidənqurma işləri aparılır.

Rayon ərazisində istehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə reydlər keçirilir. Hər həftə rayondakı “Təzə Bazar” MMC və 3-cü mikrorayondakı “Kəndli yarmarkası” ərazilərində satış təşkil edilir. Burada bazar qiymətlərindən aşağı 40-50 ton müxtəlif çeşidli ərzaq məhsulları satılır.

“Azərbaycan Republikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ( 2014-2016-cı illər )”nın icrası ilə  rayon icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır.

Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin rəisi Ramil Yusifov, Nəsimi Rayon Qaz İstismar Sahəsinin rəisi Məcid Kərimli və başqaları çıxış etdilər. Onlar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Nəsimi Rayon İcra Hakimyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi.

Tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə iştirak edirdi.

 

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında