Azərbaycan və İran müştərək media komissiyası yaradacaqlar

Oktyabrın 10-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə radio və televiziyada birgə yayımların təşkili ilə bağlı fikir mübadiləsi aparıldı.

Əli Abbasov Azərbaycan və İran prezidentləri İlham Əliyevlə Həsən Ruhani arasında keçirilən görüşlərdən sonra münasibətlərin inkişafında yeni mərhələnin başlandığını diqqətə çatdırdı. “Bu münasibətlərin inkişafında televiziya və radioların, medianın böyük rolu var. Buna görə də sizin Azərbaycana səfərinizə xüsusi əhəmiyyət veririk”, - deyə nazir vurğuladı.

İzzətullah Zərqami də iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirərək dedi: “Mən bu əlaqələrin inkişafındakı rolunuzu görür və yüksək dəyərləndirirəm. Bu əlaqələr iki xalq arasındakı mövcud dostluq münasibətlərinə müsbət təsir göstərir. Hər iki ölkənin KİV münasibətlərin inkişafında mühüm rola malikdir. Ümid edirəm ki, media üzərinə götürdüyü bu vəzifəni bundan sonra da uğurla davam etdirəcək”.

Görüşdə Ə.Abbasov Azərbaycanla İran arasında televiziya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması təklifi ilə çıxış etdi. Nazir dedi ki, hazırda teleradio yayımını həyata keçirən qurumlarla danışıqlar aparılır və müəyyən qərarlar qəbul edildikdən sonra bu haqda ətraflı məlumat veriləcək: “Bir neçə il əvvəl Azərbaycan və İran televiziyalarında insanları qıcıqlandıran verilişlər olurdu. Çox yaxşı ki, belə hallara son qoyulub. Sizin bu səfəriniz çərçivəsində müştərək media komissiyası ilə bağlı ətraflı müzakirələr aparılacaq. Müzakirələrdən sonra birgə komissiyanın yaradılması üçün bəzi hüquqi prosedurlar müəyyənləşdiriləcək”.

İ.Zərqami təklifi məmnuniyyətlə qəbul etdiklərini bildirərək mətbuatla bağlı məsələlərin diqqətlə araşdırılmasına ehtiyac olduğunu dedi. Qonaq ölkələrin televiziyaları tərəfindən birgə proqram və verilişlər hazırlanmasını istədiklərini də bildirdi. Onun fikrincə, informasiya texnologiyalarının sürətli inkişafı gələcəkdə internet kanalları vasitəsi ilə bütün proqramları əhatə etməyə imkan yaradır.

Görüşdə birgə komissiyanın fəaliyyəti ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında