İçməli sudan istifadə edən Sumqayıt sakinlərinin işi asanlaşdı

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılmışdır.

Bu da abunəçilərə “Asan xidmət” mərkəzində bir sıra zəruri xidmətlərdən istifadə etməyə imkan yaradacaq. Həmin xidmətlərə isə abonentlərin  bazadakı məlumatlarına dəyişikliklərin edilməsi, borc haqqında məlumatın (arayış) verilməsi, smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi, səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda), yeni smart-kartların verilməsi, itirilmiş və ya zədələnmiş  smart-kartların bərpası aiddir. Bundan əlavə, qeydiyyatda olan və “Azərsu”  ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi, eləcə də “smart” tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi və smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi də bu xidmətlər sırasındadır. Xatırladaq ki, Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzi 15-ci məhəllə, 42d ünvanında yerləşir.

Yeri gəlmişkən, yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər. Məlum olduğu kimi, hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4  saylı “Asan xidmət” mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə heç bir məhdudiyyət qoyulmur. 

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında