Azərbaycanın poçt sektoru elektron kommersiyanın inkişafı üçün lazımi infrastruktura malikdir

“Azərpoçt” MMC-də 9 oktyabr - Beynəlxalq Poçt Günü və Dünya Poçt İttifaqının (ÜPİ) 140 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

AzərTAc xəbər verir ki, əlamətdar gün münasibətilə poçt işçilərini təbrik edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal poçt sisteminin nüfuzlu təşkilatı olan ÜPİ-nin tarixinə, həmçinin Azərbaycanın bu təşkilatın üzvü kimi aktiv fəaliyyətinə nəzər saldı. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə rabitə sahəsinin, o cümlədən poçt sektorunun yeni inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdıran nazir Əli Abbasov Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya poçtuna inteqrasiya yolunda atılan addımların və qazanılan nailiyyətlərin davamlı xarakter aldığını vurğuladı. Ümumilikdə rabitə sahəsinin tərəqqisində xüsusi payı olan korifeyləri də yada salan nazir qeyd etdi ki, hazırda bütün sahələrdə olduğu kimi, poçt sahəsində də gənc kadrlar irəli çəkilir. Təqdirəlayiqdir ki, aparılan gəncləşmə siyasətinə qocaman rabitəçilər tərəfindən dəstək verilir.

Beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə öz töhfələrini verən Azərbaycan poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri də diqqətə çatdıran Ə.Abbasov elektron kommersiyanın inkişafı üçün poçt sektorunun lazımi infrastruktura malik olduğunu bildirdi.

Tədbirdə “Azərpoct” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və digər rabitəçilər də çıxış edərək, ölkəmizdə poçt sektorunun inkişaf tarixindən, son vaxtlarda görülən işlərdən və yeniliklərdən söz açdılar.

Sonda poçt sahəsinin inkişafında böyük əməyi olan bir qrup rabitəçi “Rabitə ustası” adı və Fəxri fərmanla təltif edildi.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında