“İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yeni standartlar təsdiq edib

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Standartlaşma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin (TK 05) növbəti iclası keçirilib.

Nazirlikdən verilən məlumatda bildirilir ki,tədbir Avropa İttifaqının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Twinning” layihəsinin beynəlxalq ekspertlərinin, TK 05-in üzvü olan yerli İKT şirkətlərinin nümayəndələrinin, Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyevin iştirakı və Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilib.

Tədbir çərçivəsində Texniki Komitə ISO (International Standardization Organization) beynəlxalq əməkdaşlıq fəaliyyətində müşahidə olunan yeni tendensiyalar müzakirə edilib və Azərbaycana üzv ölkə kimi ISO-nu beynəlxalq səviyyədə dəstəkləmək tövsiyə edilib.

Beynəlxalq ekspertlər Azərbaycanın İKT üzrə Texniki Komitəsinin işini  və ölkədə texniki komitələrin fəaliyyətinin maliyyələşdirilməsinin həyata keçirilməsində dövlətin iştirak etmək təklifini müsbət hal kimi qiymətləndirib.  Çünki Avropada bu komitələr, adətən, maraqlı tərəflərin üzvlük haqları sayəsində maliyyələşdirilir və bu da sonda qərarların qəbulunda özünü göstərir.

 N. Tağıyev Azərbaycanda həyata keçirilən “Twinning” layihəsi çərçivəsində bu ildən etibarən standartlaşdırma sisteminin beynəlxalq səviyyəyə çatdırılması, bu sahədə qanunvericiliyin, texniki komitələrin işinin təkmilləşdirilməsi, standartların satış sisteminin yaradılması və bu sahədə informasiya texnologiyalarının tətbiqinin nəzərdə tutulduğunu qeyd edib.

 E. Vəlizadə öz növbəsində TK 05 tərəfindən artıq 35 İKT standartının qəbul olunduğunu bildirib.  Nazir müavini Məlumat Hesablama Mərkəzinin informasiya təhlükəsizliyi üzrə İSO 27001 standartı üzrə sertifikat aldığını qeyd edərək bu sahədə daha bir neçə standart üzərində işlərin aparıldığını deyib.

 Sonda TK 05 üzvləri İnformasiya Təhlükəsizliyi  üzrə İSO/İEC 27032-2012 (İnformation Technology-Security techniques - Guidelines for cybersecurity), İSO/İEC 27035-2011 (İnformation Technology - Security techniques - İnformation security incident management) beynəlxalq standartları əsasında hazırlanmış identik milli standartları müzakirə edərək təsdiq ediblər.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında