Azərbaycan nümayəndə heyəti Tallinndə bir sıra görüşlər keçirib

Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Tallinndə Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclası keçirilib. Azərbaycanı iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tərəflərin sənaye və energetika sahəsində əməkdaşlığa qarşılıqlı marağı nəzərə alınaraq səfər çərçivəsində həm dövlət qurumlarının, həm də biznes dairələrinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Nazir Əli Abbasovun özəl sektorun nümayəndələri ilə keçirdiyi görüşdə vurğulanıb ki, Azərbaycan hökuməti Estoniya tərəfi ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də biznesin aparılması üçün əlverişli şəraitin yaradılması məsələsinə mühüm önəm verir.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Estoniya Hökumət Evində (Stenbock House) olublar. Burada Əli Abbasov Estoniya Baş naziri Taavi Rıyvas ilə görüşüb. O, Azərbaycan nümayəndə heyətini “Elektron hökumət” sahəsində görülən işlər ilə tanış edib.

Səfər zamanı Əli Abbasov, həmçinin Tallinn Texniki Universitetinin rektoru ilə görüşüb, müəllim və tələbə auditoriyası qarşısında mühazirə söyləyib.

Səfər çərçivəsində nümayəndə heyəti “e-Estonia Showroom” ən yeni texnologiyaların elektron təqdimatı binasında da olub. Burada Azərbaycan nümayəndə heyəti üçün Estoniyanın “Tehnopolis” Texnoloji Parkının təqdimatı keçirilib.

Bundan başqa, nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti “e-government Academy” Elektron İdarəetmə Akademiyasına da baş çəkib.   

Komissiyanın ikinci iclasının keçirilməsi münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi adından qəbul təşkil olunub. Qəbulda Estoniyanın keçmiş prezidenti Arnold Ryuytel, parlament üzvləri, nazirlər, eləcə də biznes dairələrinin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Qəbulda giriş nitqi ilə Azərbaycanın Estoniyadakı səfiri Tofiq Zülfüqarov çıxış edib. Nazir Əli Abbasov hökumətlərarası komissiyanın fəaliyyəti və ikitərəfli əməkdaşlığın perspektivləri barədə danışıb, həmçinin Azərbaycan istehsalı olan “AZPAD” planşet kompyuterini təqdim edib. Əli Abbasov planşeti keçmiş prezident Arnold Ryuytelə hədiyyə edib.

Estoniyanın “Qrasiya” rəqs qrupu Azərbaycan rəqslərini ifa edib. Bu, görüşə milli kolorit verib.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında