KİV nümayəndələri “Ulduz” şokolad fabrikinin istehsal prosesi ilə tanış oldular

Dünən “Ulduz” şokolad fabrikindəKİV nümayəndələri üçün “Açıq qapı” günü təşkil edildi.

 Tədbiri “Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə və inkişaf işləri üzrə müşaviri İlqar Nuri açaraq media nümayəndələrinə qısa məlumat verdi. Sonra “Ulduz” şokolad fabrikinin direktoru Vüsal Şərifov bildirdi ki, 2001-ci ildə fəaliyyətə başlayan müəssisə hazırda  Rusiya Federasiyasının iri şəhərlərinə, eləcə də Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Yəmən, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə Azərbaycan məhsullarını ixrac edir Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumiyyətlə, dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. Fabrikin təmsilçiləri hər il Almaniya, Rusiya, Hollandiya, İran və Birləşmiş Ərəb Əmirliklərində keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqramdır. Tamamilə avtomatlaşdırılmış müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub.   

Qeyd edildi ki, fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb.  “Ulduz” şokolad fabriki, həmçinin bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Yaxın illərdə fabrikdə yeni məhsulların buraxılışı hesabına  istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur.

Fabrikin keyfiyyətə nəzarət şöbəsinin müdiri Lalə Eminova isə KİV nümayəndələrinin istehsal prosesi ilə yaxından tanış olmalarına şərait yaratdı.

 

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında