Azərbaycanda “Elektron hökumət”in tətbiqi hansı mərhələdədir?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda “Elektron hökumət” layihəsinin hansı mərhələdə olduğunu açıqlayıb.

Mərkəzin yaydığı məlumatda bildirilir ki, Azərbaycan “Elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib və demək olar ki,  4 mərhələni uğurla başa çatdırıb. Hazırda 5-ci mərhələnin tam şəkildə həyata keçirilməsi üçün işlər davam etdirilir. Beşinci mərhələdə hökumət bütün hüquqi və fiziki şəxslər və sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirir.

Məlumat üçün bildirək ki, birinci mərhələdə dövlət orqanları interneti mənimsəməyə başlayır və milli şəbəkə seqmentində müxtəlif müəssisələrin bir sıra saytları yaradılır. Lakin bu saytlar sırf informasiya emalı funksiyasını daşıyır.

İkinci mərhələdə sözügedən saytlarda yenilənən kontentin həcmi artır. Orada xəbərlər, hüquqi sənədlər və rəsmi elanlar yerləşdirilir, yeni xidmətlərin hesabına işin rahatlığı artır (misal olaraq sayt üzrə axtarışı göstərmək olar), interaktivliyin qismən təmin olunması (vətəndaşla qurumlar arasında əlaqənin yaradılması üçün vacib olan elektron poçt) baş verir və s.

Üçüncü mərhələdə saytların yüksək səviyyəli interaktivliyi həyata keçirilir. Dövlət portalları biznes sektorunun və vətəndaşların konkret kateqoriyalı nümayəndələrinə müxtəlif təkliflər edir, autentifikasiya mexanizmləri tətbiq olunur.

Dördüncü mərhələdə istifadəçilər qarşılıqlı əlaqə imkanları əldə edir və elektron müraciətlər edə bilirlər. Vətəndaşlar internet vasitəsi ilə müxtəlif sənədlər (şəhadətnamələr, lisenziyalar, sertifikatlar, qarşılıqlı icazələr və s.) əldə edə bilir, eyni zamanda dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən yararlanaraq, onlayn ödənişlər edə bilirlər.

 

Samirə ƏLİYEVA, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında