“İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” mövzusunda konfrans keçirilmişdir

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə “Hilton Bakı” otelinin “Sevda” salonunda “İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional  sənaye konfransı keçirilmişdir.Tədbirdə Azərbaycan və Türkiyədən iqtisadiyyat və sənaye nazirliyinin, digər yüksək səviyyəli hökumət nümayəndələrinin, universitet və araşdırma institutlarının tanınmış alimləri, qeyri-hökumət təşkilatları və özəl sektorun  təmsilçiləri iştirak etmişdir.

ATİB İdarə Heyətininn sədri Cemal Yanğın konfransın gündəliyi və müzakirə edilən məsələlər ilə iştirakçıları tanış etmişdir. Açılış nitqləri ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri müavininin köməkçisi Sahib Məmmədov, Türkiyə Respublikasının  Azərbaycandakı səfiri  Alper Coşkun çıxış etmiş, ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində çox ciddi addımlar atıldığını bildirmişlər.1-ci paneldə “BASF Kaspian YKS” MMC-nin baş direktoru Ali İhsan Gencin moderatorluğu ilə “Azərbaycan və Türkiyənin sənayeləşmə prosesinin mərhələləri və qazanılan nailiyyətlər” mövzusuna aid  məsələlər müzakirə edilmişdir. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublkasının Prezidenti yanında Starateji Araşdırmalar Mərkəzi İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı,TİKA-nın Bakı Proqram koordinatoru Mustafa Haşim Polat, İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, İstanbul Sənaye Palatasının sabiq rəhbəri Hüsaməttin Kavi, ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımovun müzakirə edilən məsələlər – “Azərbaycan və Türkiyənin sənayeləşmə siyasətləri və müasir dövrün çağırışları”, “Fərqli sənaye modellərinin müqayisəli üstünlüklərinin analizi”, “Sənaye sektorunun davamlı iqtisadi artıma və rəqabətli iqtisadiyyata təsiri” mövzularında məruzələri dinlənilmişdir.

2-ci paneldə  “Ata Holdinq” Şirkətlər Qrupu İdarə Heyəti sədrinin müavini Rəşad Rəsullunun moderatorluğu ilə “Sənayenin inkişafında özəl sektorun önəmi və sənayenin maliyyələşməsi məsələləri” mövzusu müzakirə edilmişdir."Sənaye sektoru ilə maliyyə sektorunun əlaqəsi", “Sənaye sahələrinin keyfiyyətli insan resursları təminatı” və “Sənaye şirkətlərinin təhsil və innovasiya xərcləri” mövzuları üzrə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun  direktoru Vilayət Vəliyev, “Türk Eximbank” Beynəlxalq ticarətin maliyyələşdirilməsi departamentinin rəhbəri Fırat Dursun,AZPROMO-nun prezidenti Rüfət Məmmədov, “Yapı Kredi Bank Azərbaycan”nın İdarə Heyətinin sədri Altan Şentürk, Albaraka Türk direktoru Fahrettin Yahşi  çıxış etmişlər.

Sonda sual-cavab və müzakirələr olmuşdur. Konfrans iştirakçılarını maraqlandıran suallara məruzəçilər ətraflı və izahlı cavablar vermişlər.

 

A.SADIQOĞLU,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında