İnformasiya texnologiyaları qeyri-neft sektorunda ən prioritet sahəyə çevrilmişdir

Müasir dövrdə bütün dünyada olduğu kimi, ölkəmizdə də minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə artıq bir sıra nailiyyətlər əldə edilmiş, mühüm layihələr həyata keçirilmişdir.

Bu il aprelin 2-də  Prezident İlham Əliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nı təsdiq etməklə bu sahədə növbəti mərhələnin əsasını qoymuşdur. İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi və s. bu strategiyanın əsas istiqamətləridir.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilmişdir. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17  faiz təşkil etmişdir.

Bu gün bütün dünyada demokratik inkışaf, dövlət idarəçilıyində şəffaflıq, həmçinin ölkələrin intellektual və elmi potensialının əsas göstəriciləri informasiya və kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsi ilə ölçülür. Ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ardıcıl və sistemli inkişafının bünövrəsi özünü xalqına və onun inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu uzaqgörənlik İKT sahəsinin gələcək inkişafına verilmiş töhfə, onun inkişafını şərtləndirən başlıca amildir.

Dahi strateqin bu sahədə açdığı cığır onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla genişləndirilərək, sektorun inkişafında mühüm nailiyyətlərə yol açmışdır. 10 il ərzində ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə dünyanın, eləcə də Avropanın qabaqcıl ölkələri sırasına daxil olması, Cənubi Qafqaz və TransXəzər regionlarında respublikamızın İKT-lider mövqeyinin təmin edilməsində “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan), “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”nın, eləcə də digər normativ-hüquqi aktların böyük rolu olmuşdur. İnformasiya cəmiyyətinin yaradılması üçün formalaşan müvafiq hüquqi baza ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş kompleks və ardıcıl fəaliyyət sayəsində İKT qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunmuşdur.

Müstəqillik tarixinin  əlamətdar  hadisələrindən biri kimi diqqət çəkən 2013-cü il  fevralın 8-də  ilk milli peykimizin orbitə çıxarılması da məhz ölkə başçısının birbaşa rəhbərliyi və dəstəyi ilə həllini tapıb. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq dövlət proqramlarında, o cümlədən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması, Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi əsas istiqamətlər kimi nəzərdə tutulur. Təsadüfi deyil ki, sektorun sürətli inkışafı baxımından hazırda qabaqcıl ölkələrlə bir sırada dayanan Azərbaycanın iqtisadi siyasətınin əsasını bu gün də İKT-nin inkışafı və hərtərəfli tətbıqi yolu ilə sosial- iqtisadi fəaliyyətin yeni formalarının yaranması təşkil edir.

Artıq Azərbaycan həm də elektron məhsullar istehsal edən yerli müəssısələrə malikdir. Yerli istehsal potensialının genişləndirilməsi kontekstində həm də ölkəmizdə son texnoloji yeniliklər tətbiq olunur. İKT sektorunun inkişafında mobil rabitə operatorlarının rolu danılmazdır. “Azercell” , “Bakcell” və “Azerfon” şirkətlərinin gördüyü işlərin nəticəsi olaraq bu gün mobil rabıtə seqmenti genişlənmiş, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabər olmuşdur. Dünyanın bir çox ölkələri hələ “3G” texnologiyasına tam keçmədiyi halda Azərbaycan ən son mobil texnologıyanın “4G” texnologıyasının tətbiqinə başlamışdır.

Dövlət idarəçiliyində İKT-nin tətbiqi genişlənir, dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin sayı gündən- günə artmaqdadır. Artıq 350-dən çox elektron  xidmət  e-hökumət portalına inteqrasiya olunub və bir pəncərə prinsipi əsasında əhaliyə və biznes sektora təqdim olunur. 

Bir sözlə, İKT sektorunun uğurlu artım tempinin bundan sonra da təmin edilməsi üçün artıq müvafiq texnoloji baza formalaşdırılmışdır. Məqsədımiz ölkənin enerji sıyasətindən əldə edılən nəticələrin bazası əsasında diversifikasıyaya söykənən yeni, dayanıqlı, texnoloji tutumlu, innovativ iqtisadiyyat qurmaqdır.

Bu gün ölkədə yüksək texnologiyalara, həmçinin bu texnologiyalar əsasında təşkil olunan iqtisadi sektora böyük önəm verilir. Bu sahədə inkişafın   üç  istiqaməti  bizim üçün  önəmlidir. Birinci istiqamət infrastruktur layihələri, o cümlədən daxildə Azərbaycan üçün informasiya şəbəkə infrastrukturunun inkişaf etdirilməsidir. İkinci istiqamət elektron, innovativ yönümlü xidmət və məhsulların istehsalı, eyni zamanda, daxili tələbatı ödəməklə yanaşı, onların xarici, regional bazarlara çıxarılmasıdır. Üçüncü istiqamət isə regional və daxıli bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi, həmçinin bu xidmətlərin xarıci bazarlara çıxışının təmin edilməsıdir. Beləliklə, biz İKT sektoru və bazarlarının əsas bu üç istiqamət üzrə genişləndirilməsini nəzərdə tuturuq.

Məqsədimizə nail olunması üçün həyata keçirilən layihələrdən ən əsası Azərbaycanda internet infrastrukturunun tamamilə genişləndirilməsi, bu xidmətin hər kəndə, hər bir evə gətirilməsidir. Elektron, innovativ məhsul istehsalı sahəsində bu gün ölkəmizdə nanotexnologiyalara çox böyük diqqət yetirılir, artıq bir çox yeni nəticələr əldə edilərək, yeni nanokompozitlər, nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompyuterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması geniş vüsət almaqdadır. Bu gün biz o mərhələdəyik ki, artıq bunu kütləvi istehsal sahəsinə çevirməyin vaxtı çatıb. Azərbaycan bazarında yeni tipli, rəqabətqabiliyyətli müxtəlif kompyuter hissələri və növləri, planşetlər, dıgər texnikaların yığılmasına böyük ehtıyac var ki, bu məhsulların regional bazara çıxışının təmin edilməsi də nəzərdə tutulur.

Nazirliyin tabeliyində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar parkı məhz bu işlərə dəstək vermək məqəsdi ilə yaradılmışdır.

Həmçinin, kosmik texnologiyaları da genişləndirmək, inkışaf etdirmək fikrindəyik. Bu gün artıq Azərbaycan Respublıkasına məxsus yer səthınin müşahıdəsi üçün peykin aşağı yer orbıtınə çıxarılması, həmçinin yüksək ayırdetməli optik peykin orbitə çıxarılması istiqamətində işlər aparılır.

İKT xidmətlərinin genişləndirilməsi də qarşıda duran vəzifələrdəndir. Burada əsasən daxıli kontentin genişləndirilməsi, həmçinin regional ölkələr üçün xidmətlərin istehsalı nəzərdə tutulur. Bunun üçün bir neçə layihənin icrası, o cümlədən yeni Data mərkəzlərin qurulması və yeni kontentlərin yaradılması, eyni zamanda, Azərbaycanda internet şlüzlərinin genişləndirilməsi, gücləndırilməsi planlaşdırılır. Dıgər hədəfımiz tranzit ölkə olaraq, rəqəmli  trafıkinin Azərbaycandan keçirilməsıni və idarə edilməsini nəzərdə tutan layihələrin icrasıdır. Respublıkamızın son illər informasiya texnologıyaları sayəsində yüksək inkişaf mərhələsinə qədəm qoyması regionda trans-informasiya dəhlizlərinin reallaşmasında maraqlı olduğunu təsdiqləyir. Bu gün ölkəmiz İKT sahəsində bir çox layihələrin birbaşa təşəbbüskarı kimi çıxış edir. Bu layihələrdən biri olan “Trans-Avrasiya Super İnformasiya Magistralı  (TASİM)  layihəsi BMT Baş Məclisınin qətnamələri ilə dəstəklənmiş və 2013-cü ilin sentyabr ayının əvvəllərində BMT Baş Assambleyasının 67-ci sessiyasında layihənin həyata keçirilməsi üçün Avrasıya Rabıtə Alyansı yaradılmış, “Bakutel-2013” sərgi-konfransı çərçıvəsində layıhə ilə bağlı beş Avrasıya operatorlararası Anlaşma Memorandumu da imzalanmışdır.

Regional şəbəkə infrastrukturunun inkişafı da  diqqət mərkəzindədir. Azərbaycan hökuməti və özəl sektor qeyd etdiyimiz regional enerji layihələrinə investisiya qoyduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud olan böyük hədəflərimizin reallaşması, o cümlədən İKT sektorunda regional infrastrukturun genişlənməsi üçün nəzərdə tutulan layihələrə artıq investisiyalar qoymağa başlayıb.

Nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi də qarşıya qoyulan əsas məqsədlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC yaradılması məhz  bu  sahədə fəaliyyətin, kadr hazırlığının  genişləndirilməsi məqsədini daşıyır.

Göründüyü kimi, artıq strateji hədəflər  də müəyyənləşdirilmişdir. Cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş yeni milli strategiyada  bu hədəflər  konkret olaraq nüəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Mövcud resurslardan və coğrafi mövqelərdən istifadə olunmaqla, Azərbaycan Respublikasının bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaqdır.

Bu məqsədlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli  fərmanı ilə təsdiq edilmiş “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası"nda  öz əksini tapmışdır. Konsepsiyada əsas hədəf qarşıdakı səkkiz-on ildə Azərbaycan Respublikasında əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması və bu artımın respublikada innovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. Belə inkişafın əsas dayaqlarından biri informasiya və kommunikasiya texnologiyalarıdır.  İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır.

Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.

Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.

İKT-nin, o cümlədən, internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaqdır. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.

Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün hazırlanan  “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”  dövlətin bu sahəyə yüksək qayğısının nəticəsidir.

Həmin sənəddə  ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur.

Sənəddə  qeyd olunur ki, milli strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir.

Burada  hədəflərə  çatmağın   yolları da müəyyənləşdirilmişdir. Belə ki,  informasiya və telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qurumlarının və ümumilikdə cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, informasiya cəmiyyəti şəraitində effektiv tənzimləmənin həyata keçirilməsi, insan hüquqlarının, xüsusən də hər bir fərdin informasiya əldə etmək və ünsiyyət qurmaq hüquqlarının hərtərəfli və sərbəst təmin edilməsi bu  hədəflərdəndir.

Bu hədəflərə, həmçinin, rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunması, “elektron hökumət”in genişləndirilməsi və İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf etdirilməsi,  dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi  və s.  məsələlər də daxildir.

Sənəddə  strategiyanın həyata keçirilməsinin əsas prinsipləri,  informasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu, Milli Strategiyanın əsas istiqamətləri, İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in inkişafı, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi, Milli Strategiyanın həyata keçirilməsi mexanizmləri   də  ətraflı əks olunmuşdur.

Yeni hazırlanmış  Milli Strategiya  ölkəmizdə  İKT-nin   gələcək inkişafının  cox mükəmməl, elmi  əsaslara  söykənən  proqram  sənədidir.

 

İltimas  MƏMMƏDOV,

rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında