PAŞA Bank maliyyə nəticələrini açıqladı

PAŞA Bank 2014-cü ilin ilk 6 ayı üzrə maliyyə nəticələrini açıqladı. Paytaxtın “Four Seasons” otelində keçirilən mətbuat konfransında bankın idarə heyətinin üzvü, baş investisiya inzibatçısı Taleh Kazımov, Xəzinədarlıq Departamentinin direktoru Bəhruz Nağıyev və Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova çıxış etdilər.

Maliyyə riskləri ilə yanaşı, iqtisadi durumun sabitləşməsi proseslərinin çətinliyinə baxmayaraq, Azərbaycan Respublikasının bank sektorunda cari ilin  birinci 6 ayı ərzində 11 faizə qədər artım müşahidə edilir. PAŞA Bank korporativ müəssisə kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə və kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü illər üzrə strateji dövrünü uğurla başa vurur. Bank 342320 min AZN-ə (436466 min ABŞ dolları) malik olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bildi. Aktivlər portfelini müxtəlif istiqamətdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində bank müştərilərinə təklif etdiyi xidmətlərin yaxşı balansını saxlamağa müvəffəq olub. 2014-cü ilin birinci yarısında PAŞA Bankın aktivlərinin ümumi məbləği 998004 min AZN (1272477 min ABŞ dolları) təşkil etdi ki, bu da müştəri hesablarında istənilən səviyyədə artıma səbəb olmuşdur. Bu göstərici 2013-cü il (704055 min AZN, yaxud 897686 min ABŞ dolları) ilə müqayisədə 42 faiz artım deməkdir. 30 iyun 2014-cü il tarixinə  bankın aktivlərinin strukturu belə bölünür: müştərilərə verilmiş kreditlər - 37 faiz; qiymətli kağızlar portfeli - 34 faiz; nağd pul və nağd pul ekvivalentləri - 15 faiz; kredit təşkilatlarına verilən vəsaitlər - 6 faiz və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir (8 faiz).

Azərbaycan bazarında intizamlı kredit ödənişlərinin pisləşən balansını və əsasən beynəlxalq biznes və kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan ölkədəki korporativ müştərilər arasında kreditə olan tələbatı nəzərə alaraq PAŞA Bank böhran dövrü ərzində öz güclü kapital durumundan səmərəli yararlandı və bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlər üçün güclü tərəfdaş kimi özünə yer tapdı. Bankın əsas məqsədi mürəkkəb zamanda mövcud kiçik və orta sahibkarlara dəstək olmaqdır.

 Bank məcmu kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 45 faiz (2013-cü ildə - 36 faiz) kapital tələbinə uyğun olaraq güclü daxili kapital yüksəlişi əldə etmişdir. Bu isə Bankın nizamnamə kapitalından səmərəli istifadə etməsini göstərir. Bank BASEL II və BASEL III beynəlxalq standartlarının tətbiqinin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin qarşılanması üzərində çalışmağa davam edərək təsisçilərinə kapitalı dividend şəklində geri qaytarır. 2014-cü ildə Bank səhmdarlara 2013-cü ilin xalis mənfəətindən 14992 min AZN (19115 min ABŞ dolları) məbləğində dividend  ödəmişdir.

 

A.SADIQOĞLU

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında