Ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yeri tutur

Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuş və daha da güclənmişdir.

Bu gün ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 10 ildə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərir.

Ümumiyyətlə, Azərbaycanda  əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin  nəticəsidir ki,  Azərbaycanda yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır.

Xatırladaq ki, BMT İnkişaf Proqramının son “İnsan İnkişafı Hesabatı”na əsasən, ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülüb. Bundan başqa, Azərbaycan son illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin “top-15”liyinə daxil olub. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumat da bu uğurun davamlı olmasından xəbər verir. Belə ki, təkcə bu ilin yanvar-avqust aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 5,1 faiz artaraq 24  milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 3,8 faiz artaraq 2559,9 manata (orta hesabla ayda 320 manata) çatıb. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 440,8 manat təşkil edib. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-iyul ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 704,1 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 625,1 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 545 manat, informasiya və rabitə sektorunda isə 725,9 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1756 manata, qeyri-neft sektorunda 407,5 manata, dövlət bölməsində 356,2 manata, özəl bölmədə isə 565,7 manata qədər yüksəlib.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında