Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişafının əsas istiqamətləri müzakirə olunub

Sentyabrın 15-də Bakıda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçirilib.

Baş nazirin birinci müavini Yaqub Eyyubov uzun fasilədən sonra hökumətlərarası komissiyanın iclasının keçirilməsini müsbət dəyərləndirdi. “Əminəm ki, Rusiyanın belə geniş tərkibdə Azərbaycana gələn nümayəndə heyəti ilə danışıqlar ikitərəfli əməkdaşlığa böyük təkan verəcək. Bu gün Azərbaycan Prezidenti ölkələrimiz arasında gələcək inkişafın istiqamətlərini qeyd etdi və bizim münasibətlərə yüksək qiymət verdi”, - deyə Y.Eyyubov vurğuladı.

Baş nazirin müavini qeyd etdi ki, Rusiya daim Azərbaycan üçün ən yaxın dost və qonşu ölkədir: “Biz daim bir yerdə yaşamış və əməkdaşlıq etmişik. Dünyanın bu mürəkkəb vaxtlarında da daim bir yerdə olmalıyıq. Biz birlikdə həmişə güclü olacağıq. Rusiya qüdrətli və zəngin təbii sərvətlərə malik ölkədir”.

Son vaxtlar ölkələrimiz asında əlaqələrin daha da intensivləşdiyini bildirən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin məlumat verdi ki, bugünkü iclasda iki ölkə prezidentləri arasında əldə edilən razılaşma əsasında qaldırılan məsələlər müzakirə olunacaq. Bu məsələlər çox geniş sahələri əhatə edir.

Rusiya Baş nazirinin müavini bildirdi ki, Rusiya iqtisadiyyatının çətin dövrlər yaşadığı bir vaxtda ölkələrimiz daha da yaxınlaşır. Hazırda Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və onun məhsullarının Rusiya bazarlarına çıxarıldığını bildirən D.Roqozin dedi: “Artıq müştərək müəssisələrin yaradılmasının vaxtı çatıb. Bu müəssisələr həm kənd təsərrüfatı, həm də sənaye sahələrini əhatə edə bilər. Bu gün biz Azərbaycan Prezidenti tərəfindən qaldırılan enerji məsələləri üzrə yüksək işçi qrupunun yaradılmasını da müzakirə edəcəyik”.

D.Roqozin diqqətə çatdırdı ki, 2013-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 3,6 milyard dollar təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə həmin göstərici 2,2 milyard dollar olub. “Rusiya hazırda Azərbaycanın istehsal etdiyi məhsullara ehtiyac duyur və bunun üçün ölkənizin əlavə resursları var” - deyə D.Roqozin əlavə etdi.

Danışıqlar zamanı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafının vəziyyəti və əsas istiqamətləri, gömrük, nəqliyyat, rabitə və informasiya texnologiyaları, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması, Rusiya Federasiyasının subyektləri ilə regional əlaqələr, humanitar sahədə, hüquq-müqavilə bazasının vəziyyəti və inkişafı sahələrində əməkdaşlıq barədə müzakirələr aparıldı.

İclasın yekununda ikitərəfli sənədlər imzalandı. İclasın protokoluna əsasən, komissiyanın növbəti iclası gələn il Yekaterinburqda keçiriləcək 6-cı Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində təşkil olunacaq.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında