Əmtəə bazarı canlanır

2014-cü  ilin  yanvar-avqust  aylarında  pərakəndə   ticarət  subyektlərində  istehlakçılara  13,6  milyard  manatlıq  və  ya  keçən ilin   müvafiq   dövrü  ilə  müqayisədə  9,3  faiz  çox əmtəə  satılmışdır.  İstehlak  mallarının  50,3  faizini  qida   məhsulları,  içkilərin  və  tütün  məmulatları,  49,7  faizini  qeyri-ərzaq  malları  təşkil  etmiş,  qeyri-ərzaq  məhsullarının  xüsusi   çəkisi  3,4  faiz  artmışdır.

Dövlət  Statistika  Komitəsinin məlumatına görə,  cari  ilin  səkkiz  ayında  elektron  pərakəndə  ticarət  dövriyyəsinin  həcmi  ötən  ilin  yanvar-avqust  aylarına nisbətən  6,9  faiz, yaxud 1,7  milyon  manat  təşkil  etmişdir. Əhali  real  vaxt  rejimində  sifariş  verdikləri  istehlak  mallarının  78,4  faizini  hüquqi,  21,6  faizini  fərdi sahibkarların   ticarət  şəbəkələrindən  almışdır. Elektron  ticarət  dövriyyəsinin  88,9  faizini  qeyri-ərzaq  malları  təşkil  etmişdir.

 

Samirə  ƏLİYEVA,

“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında