Dövlət əmlakının idarə edilməsində tətbiq olunan elektron xidmətlərin təqdimatı keçirilmişdir

Əmlak Məsələləri Dövlət Komitəsi (MDK) tərəfindən kütləvi informasiya vasitələri üçün “Dövlət əmlakının idarə edilməsi və hərracların təşkili: müasir yanaşmalar və elektron xidmətlər” mövzusunda ictimai təqdimat keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən komitənin sədr müavini Rüstəm Şahbazov dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində həyata keçirilən tədbirlərdən və əldə olunan nəticələrdən danışmışdır. Natiq xatırlatmışdır ki, ölkə başçısının sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, vətəndaşlara şəffaf və səmərəli xidmətlərin göstərilməsi barədə tapşırıqları ilə bağlı komitədə bir sıra tədbirlər reallaşdırılmışdır. MDK-a  fəaliyyətin müasir əsaslarla qurulması, modern idarəetməyə önəm verilməsi, informasiya-kommunikasiya sistemlərinin tətbiqi istiqamətlərində mühüm addımlar atılmışdır.

Komitənin sədr müavini, eyni zamanda,  demişdir ki, artıq MDK ilə müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin qurulması nəticəsində  dövlət əmlakının idarə edilməsində şəffaflıq təmin edilmişdir.

R. Şahbazov çıxışında vurğulamışdır ki, istifadəyə verilən elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir. Bu isə artıq komitənin fəaliyyətinin  böyük hissəsinin elektronlaşdırılması deməkdir. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 29 elektron xidməti (25 interaktiv, 4 informativ) vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir.

Tədbirdə qeyd edilmişdir ki, komitənin elektron xidmətlər portalında fəaliyyət göstərən 6 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsi zamanı keçirilən hərraclarla bağlıdır. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin qəbulu həmin interaktiv xidmətlər vasitəsilə reallaşdırılır.  Təqdimat mərasimində  hər bir elektron xidmətlə bağlı slaydlar nümayiş olunmuş, xidmətlərin istifadə qaydaları geniş izah edilmişdir. Xatırladılmışdır ki, elektron xidmətlərin köməyi ilə komitəyə indiyədək 90 mindən çox müraciət daxil olmuşdur. Cari ilin ötən aylarında isə 2200-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması məhz elektron xidmət vasitəsilə verilmişdir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və jurnalistlərin sualları cavablandırılmışdır.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında