Asiya İnkişaf Bankının Bakıda keçiriləcək 48-ci illik toplantısına hazırlıq prosesi yüksək səviyyədə gedir

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov sentyabrın 11-də Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Baş katibi Vookong Umun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə AİB-in Rəhbərlər Şurasının 2015-ci il mayın 2-5-də  Bakı şəhərində keçiriləcək 48-ci illik toplantısına hazırlığın gedişi müzakirə olunub. Nazir Samir Şərifov bu məqsədlə Azərbaycan Prezidentinin sərəncamı ilə təşkilat komitəsinin yaradıldığını xatırladaraq, hazırlıq prosesinin yüksək səviyyədə, plana uyğun getdiyini və hər hansı gecikmələrin olmayacağını bildirib. Azərbaycanın ev sahibi kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini vurğulayan nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, bu sahədə qazanılan təcrübə, Bakı şəhərində yaradılmış yüksək standartlara uyğun infrastruktur, əlverişli tranzit və logistika imkanlarının olması, o cümlədən yüksək təhlükəsizlik və sabitlik bu cür əhəmiyyətli tədbirləri yüksək səviyyədə keçirməyə tam imkan verir.

Azərbaycanın illik toplantıya hazırlığını yüksək qiymətləndirən AİB-in baş katibi ölkəmizin uğurlu iqtisadi inkişafını yüksək dəyərləndirərək tədbirin uğurlu alınacağına əminliyini ifadə edib. Qeyd olunub ki, AİB-in Rəhbərlər Şurasının illik toplantısında üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 4 mindən çox qonağın iştirakı gözlənilir.

Görüşdə, həmçinin illik toplantı ilə bağlı ev sahibi ölkənin öhdəlikləri, texniki tapşırıqlar, həmçinin AİB-in prezidenti Takehiko Nakaonun noyabr ayında Azərbaycana gözlənilən səfəri barədə fikir mübadiləsi aparılıb.

AİB nümayəndə heyətinin bir həftə davam edəcək səfəri zamanı Təşkilat Komitəsinə daxil olan qurumların nümayəndələri ilə bir sıra görüşlər keçiriləcək və illik toplantıya hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul edilib.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında