Dünya Bankı: “TASİM layihəsinin reallaşdırılması Azərbaycanın regional əməkdaşlıqda rolunu artıracaq”

Dünya Bankı bəyan etmişdir ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TASİM layihəsinin reallaşdırılması gələcəkdə ölkənin regional əməkdaşlıqda rolunun artırılmasına səbəb olacaq.

Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenkonun verdiyi məlumata əsasən, hazırda bu layihənin icrası ilə bağlı bir neçə variant Dünya Bankı ilə Azərbaycan hökuməti arasında müzakirə mövzusudur: “Biz bu layihənin gələcək səmərəsi barədə proqnozlar verməyə hələlik hazır deyilik. Lakin birmənalı olaraq deyə bilərəm ki, TASİM-in reallaşdırılması gələcəkdə Azərbaycanın regional əməkdaşlıqda rolunu artıracaq, ölkəni beynəlxalq rabitə və məlumat ötürmə bazarında qlobal səviyyəyə çıxardacaq. Azərbaycan “İpək yolu”nun bir hissəsinə çevriləcək. “İpək yolu” informasiya axını yoluna çevriləcək. Azərbaycanın bu layihənin reallaşdırılmasında aktiv mövqe tutması çox təqdirəlayiqdir”.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında