Fermer diqqət və qayğı görəndə...

Samuxlu iş adamı Nəriman Ələkbərov bol üzüm məhsulu yetişdirib
Samux rayonunun Qarayeri qəsəbəsində "Amin" istehsal firmasının rəhbəri Nəriman Ələkbərovun üzüm bağındayıq. Az qala hər bir salxımı tumarlayır, həvəslə bizə göstərir. Hiss olunur ki, zəhməti bəhrə verdiyi üçün çox fərəhlənir.
- Əziyyətimiz hədər getməyib, deyir - sağ olsunlar bizə əl tutanları, təkbaşına heç nə edə bilməzdik. Rayon rəhbərliyi, Sahibkarlığa Kömək Milli Fondu, digər təşkilatlar daim köməyimizə gəliblər, bizə dəstək olublar.
N. Ələkbərov deyir ki, bu yer əvvəldən də bağ sahələri olub. Pay torpaqları bölüşdürülərkən bizə düşüb. Amma gördük ki, tənəklərin artıq bioloji qocalma prosesi başlayıb, məhsuldarlıq olduqca aşağıdır. Ona görə də tədricən, yəni ildə 2-3 hektarı təzə üzüm tingləri ilə əvəz etməyə başladıq. Xüsusilə ölkə Prezidentinin üzümçülüyün inkişafı ilə bağlı sərəncamından sonra bu işə xüsusi önəm verdik. Sxemsiz, seyrək, məhsuldarlığı olmayan tənəklərin yerində müxtəlif sortlar, o cümlədən Gürcüstandan "Prima", "Pobeda", eləcə də məşhur "Təbriz" və digər bu kimi üzüm sortlarının tinglərini alıb gətirdik. 2009-cu ildə yerdə qalan 4 hektarı da yeni tinglərlə əvəz etdikdən sonra üzüm bağımızın sahəsini 12 hektara çatdırdıq...
İş adamı ilə söhbət edərkən öyrəndik ki, firmanın texnika, su, dərman preparatları problemi də həll olunub. Lizinq yolu ilə yeni traktor, şum kotanı, çiləyici maşın və digər texnika alınıb. Köhnə, yararsız hala düşmüş bir artezian quyusunu əsaslı təmir etdikdən sonra bağların suvarılmasındakı çətinliklər aradan qalxıb. Bundan başqa, Şəmkir kanalından və Qoşqar çayından gələn sulardan da istifadə olunur.
- Üzümçülük çətin sahə olsa da gəlirlidir. Gərək ruhdan düşməyəsən. Bir də ki sənə diqqət, qayğı olanda, işinlə maraqlananda istər-istəməz əlindən gələni etməyə çalışırsan. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev təkcə mənə deyil, rayonun bütün iş adamlarına daim dəstək olur. Ona görə də son illər Samuxda neçə-neçə yeni müəssisə açılıb, iş yerləri yaradılıb. Əvvəllər hamı Gəncəyə, digər yerlərə üz tuturdu. İndi elə deyil. Təkcə mənim üzüm bağımda 12 nəfər daimi işlə təmin olunub. Yığım vaxtı mövsümi işçilər də olur. Hazırda burada 40 nəfərə yaxın adam çalışır. Havalar korlanmamış gərək məhsulu yığıb qurtaraq, yoxsa əziyyətimiz hədər gedər. Bu günədək 10 tondan çox məhsul yığmışıq. Bağlardan daha 34-35 ton üzüm dərəcəyik.
Qeyd edək ki, Nəriman Ələkbərovun rəhbərlik etdiyi firma çoxsahəlidir. Təcrübəli fermer taxılçılıq, tərəvəzçilik, meyvəçilik sahələrində də qüvvəsini sınayıb və göstəriciləri uğurludur. Bu il 260 ton taxıl və arpa istehsal edib. Ərik, xurma və digər meyvə ağaclarından ibarət 5 hektara yaxın bağdan bol məhsul əldə edib.
... Nəriman Ələkbərov ayrılarkən dedi ki, kimsə torpağa bağlıdırsa, tənbəl deyilsə, dolanacaq, özü də yaxşı dolanacaq. Kim ki, min-bir bəhanə gətirir, məhsulunu seçə bilməməsindən gileylənir və sair, o uzağa gedə bilməz. Prezidentimiz İlham Əliyev iş adamlarına hər şərait yaradıb. Gərək bu şəraitdən, imkandan ağılla istifadə edəsən, işini əvvəlcədən planlaşdırasan, müvafiq zavodlar, qəbul məntəqələri, bazarla əlaqələr qurasan. O zaman istədiyinə nail olacaqsan.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında