Dövlət Neft Fondu ilə BMT-nin biznes və insan hüquqları üzrə İşçi qrupu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Avqustun 26-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov BMT-nin İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə İşçi qrupunun nümayəndə heyəti ilə görüşüb.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə Ş.Mövsümov rəhbərlik etdiyi fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, neft fondu tərəfindən maliyyələşdirilən layihələr, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi barədə qonaqlara ətraflı məlumat verib.

Sonda ARDNF-in icraçı direktoru fondun fəaliyyətinə və MHŞT-nin tətbiqi prosesinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında