Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması başa çatmaq üzrədir

 Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” layihəsi çərçivəsində gördüyü işlər yekun mərhələsindədir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığımız məlumatda deyilir ki, Koreyadan ölkəmizə ezam edilən mütəxəssislər tərəfindən Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Qazax, Zaqatala, Lənkəran, İmişli, Qəbələ, Göyçay, Şirvan, Qusar, Şamaxı və  Şəki şəhərində Telekommunikasiya qovşaqlarının binasında Təlim mərkəzlərinin yaradılması üçün avadanlıqların qurulması işlərini başa çatdırıblar. Mütəxəssislər Təlim mərkəzlərinin zəruri informasiya texnologiyaları avadanlıqları ilə təmin edilməsinə paralel mərkəzlərdə çalışacaq  mütəxəssislərin zəruri bilik və bacarıqlarının artırılması işlərini də həyata keçirirlər. Koreyalı mütəxəssislər regionlarda yerli təlim mərkəzlərində quraşdırılmış avadanlıqların statusunu təftiş edərək Bakı təlim mərkəzi ilə şəbəkələrin yoxlanılmasını həyata keçirirlər.

Xatırladaq ki, “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin Yaradılması” ilə bağlı Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasındakı Qrant Razılaşması 2013-cü ilin aprelin 18-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən imzalanıb.

3,7 milyon ABŞ dolları məbləğində büdcəyə malik layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİKA) tərəfindən həyata keçirilir. Layihənin məqsədi elektron Təhsil İnformasiya Sisteminin yaradılması, mərkəzi və regional e-hökumət təlim mərkəzinin qurulmasına dəstək verilməsi, informasiya texnologiyaları avadanlıqlarının təchiz edilməsi, azərbaycanlı dövlət qulluqçularının İKT potensialının artırılması, İKT və e-hökumət potensialının təşviq olunmasıdır.

 

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında