TPAO şirkətinin “Şahdəniz” yatağındakı payının maliyyələşdirilməsi ilə bağlı kredit sazişi imzalanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağının işlənməsi ilə əlaqədar Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin payının maliyyələşdirilməsi üzrə Ankarada kredit sazişi imzalanıb. Bu barədə Trend Türkiyənin “Anadolu” agentliyinə istinadən məlumat verir.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iştirakı ilə imzalanan saziş TPAO ilə “Vakıf BANK” və “Türkiyə İş Bankı” arasında 1 milyard ABŞ dolları məbləğində maliyyələşdirməni nəzərdə tutur.

Ankarada imzalanan kredit sazişi TPAO-nun “Şahdəniz” layihəsində əlavə 10 faiz pay əldə etməsi çərçivəsində maliyyələşdirməni təmin etməyə imkan verəcək.

Kredit sazişinin imzalanması mərasimində T.Yıldız Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində “Botaş” şirkətinin payının 20-dən 30 faizədək və TPAO-nun “Şahdəniz” layihəsində payının isə 9-dan 19 faizədək artırılmasının zəruriliyini qeyd edib.

Nazir əlavə edib ki, ötən il bu layihələrin mənfəəti 265 milyon dollar olub: “2014-2015-ci illərdə bu məbləği 2 dəfə (qeyd edilən layihələrdə iştirak payının çoxalması sayəsində) artırmağı planlaşdırırıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında