“The Oil and Gas Year” jurnalının builki nömrəsi Azərbaycan neft sənayesinin uğurlarına həsr olunacaq

 

 

“The Oil and Gas Year” jurnalının builki nömrəsi Azərbaycan neft sənayesinin uğurlarına həsr olunacaq.

AzərTAc xəbər verir ki, jurnal artıq yerli təşkilatlarla tərəfdaşlıq çərçivəsində Azərbaycana həsr olunan ikinci nəşrinin hazırlığına başlayıb. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) “The Oil and Gas Year” jurnalının mətbuat tərəfdaşı kimi xəbər və məqalələrin, fotoreportajların hazırlanmasında yaxından əməkdaşlıq edəcək. “The Oil & Gas Year Azerbaijan 2014" nəşrinin məzmun etibarilə tərtibatına isə ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi kömək göstərəcək.

Nəşrdə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyindən, “Şahdəniz Mərhələ 2" və Cənub Qaz Dəhlizi layihələrindən, ölkəmizin neft və qaz bazarlarındakı uğurlarından, həmçinin transmilli şirkətə çevrilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq arenadakı fəaliyyətindən və yeni Neft-qaz emalı və neft-kimya kompleksindən bəhs olunacaq.

“The Oil & Gas Year” jurnalı ilə 2013-cü ildəki uğurlu tərəfdaşlığını yeniləyən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yeni nəşrdən 2015-ci ildə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda əsas təbliğat vasitəsi kimi istifadə etmək niyyətindədir.

Jurnalın Azərbaycan üzrə direktoru Aslı Uçer və redaktor Tomas Gerbasionun nəşrlə bağlı ölkəmizdə fəaliyyət göstərən “Schlumberger” şirkətinin baş meneceri Vil Qreyslə, “Maersk Drilling” şirkətinin meneceri Stiv Torli ilə, “Chevron Khazar” şirkətinin ölkə meneceri Erik Volkerlə və “ExxonMobil” şirkətinin ölkə meneceri Alsiter Makleodla görüşləri keçirilib.

“The Oil & Gas Year” jurnalı dünyanın 35 ən iri neft və qaz bazarını əhatə edən, bu sahədə ilkin araşdırma apararaq biznes ehtiyatlarını müəyyənləşdirən illik nəşrdir. Jurnalın hər nömrəsi bir ölkəyə həsr olunur. BPA Worldwide təşkilatının müəyyənləşdirdiyi göstəricilərə görə, onun oxucu auditoriyası dünyada 69 min baş direktoru, naziri, digər rəsmi şəxsləri və maliyyə məmurlarını əhatə edir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında