Müsabiqənin qalibləri təqaüd alacaqlar

 

 

“Abşeron” otelində  PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə  “Mən PAŞA Bankın təqaüdçüsüyəm” layihəsinin təqdimatı keçirilmişdir.Mərasimi ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi açaraq demişdir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və PAŞA Bank artıq

3 ildir ki, əməkdaşlıq edir.

Bu əməkdaşlıq nəticəsində  40-a yaxın tələbə-gənc təqaüd proqramına seçilmiş və mükafatlandırılmışdır. Məqsədimiz daha yaxşı təhsil almaqda, maliyyə problemlərini həll etməkdə tələbələrə kömək olmaqdır. Bundan əlavə, seçilmiş tələbələrə iş yerləri də təklif oluna bilər. Qeyd etməliyik ki, layihədə və qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilmişdir. Bu səbəbdən biz  əməkdaşlıqdan razıyıq və layihəni davam etdirmək,  genişləndirmək fikrindəyik.

PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru  Sona Abbasova çıxışında  qeyd etmişdir ki, ölkəmizin ən iri banklarından olan  PAŞA Bank cəmiyyətin rifahı və mədəni inkişafı üzrə öhdəliyinə sadiq qalaraq böyük şirkətlər üçün tələbələrə uyğunlaşdırılmış korporativ bankçılıq xidmətlərini ildən-ilə genişləndirir. Bankın Korporativ Sosial Məsuliyyət Proqramının əsas missiyası  iqtisadi inkişafın sürətləndirilməsi, insan kapitalına investisiya qoyulması, ölkəmizin iqtisadiyyatına dəstək göstərilməsi, tələbələr arasında  təqaüd prorqamının həyata keçirilməsidir. Biz   ölkəmizin  müxtəlif ali məktəblərində təhsil alan tələbələrin təhsilinə kömək göstərilməsi, gənc iqtisadçı kadrların  yetişdirilməsi məqsədilə layihənin növbəti illərdə də davam etdirilməsini planlaşdırırıq.

Qeyd edək ki, layihə üzrə müsabiqə  iki mərhələdən ibarət olmuşdur. Birinci mərhələdə tələbələr  5 mövzudan birini seçərək, yazılı araşdırma (ingilis dilində) şəklində sənədlərlə birgə təşkilat komitəsinə təqdim etmişlər.Təşkilat komitəsi  bütün araşdırmaları qiymətləndirmiş, fərqlənmiş tələbələr ikinci mərhələdə iştirak şansı qazanmışlar.  İkinci mərhələdən uğurla keçən iştirakçılar təqaüd proqramının qalibləri elan edilmişlər. Layihə çərçivəsində keçirilən müsabiqənin qalibləri olan 12 tələbəyə 1 il müddətinə hər ay 100 manat məbləğində təqaüd verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və I kurs magistr tələbələr iştirak etmişlər.

 Sonda “Mən PAŞA Bankın təqüdçüsüyəm” adlı layihə çərçivəsində təqaüdə layiq görülən tələbələrə PAŞA Bankın və ATGTİ-nin sertifikatları təqdim olunmuşdur.

 A.SADIQOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında