Azərbaycan qonşu İranla iqtisadi əlaqələrin inkişafında maraqlıdır

 

Avqustun 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzərTAc xəbər verir ki, görüşdə ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini dedi. Nazir vurğuladı ki, ölkələrimiz arasında qarşılıqlı etimadın yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu ilin əvvəlində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə görüşü, həmçinin aprel ayında Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib. Şahin Mustafayev əməkdaşlığın daha da inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğuladı.

Bildirildi ki, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm, bank, meliorasiya və irriqasiya, ticarət sahələrində, Azərbaycanda yaradılan sənaye parklarında İran şirkətlərinin iştirakı, birgə istehsal sahələrinin yaradılması istiqamətində əməkdaşlıq üçün geniş imkanlar var.

Görüşdə İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasının, rəsmi görüşlərin və biznes forumun keçiriləcəyi, bu tədbirlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağı qeyd edildi.

Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq torpaqlarımızın 20 faizinin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını qonaqların diqqətinə çatdırdı. Nazir xüsusi vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınması, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində qonşu İranın Azərbaycanın ədalətli mövqeyini davamlı dəstəkləməsi önəmlidir.

Mahmud Vaezi Azərbaycandakı sürətli inkişafın İran nümayəndə heyətində dərin təəssürat yaratdığını diqqətə çatdırdı, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edərək, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında