Anatoli Kazakov: "Azərbaycan çox böyük geosiyasi əhəmiyyətə malikdir"

MDB Maliyyə-Bank Şurasının (MBŞ) forumlarının fərqləndirici xüsusiyyətlərindən biri budur ki, həmin forumlar çox böyük praktiki əhəmiyyət kəsb edir.
MBŞ-nin Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov bu fikri Rusiyada çıxan "Analitik bank jurnalı" adlı nəşrə verdiyi müsahibədə söyləmişdir.
O demişdir: "Forumlarda çox vaxt artıq hazır və bəyənilmiş, yalnız maliyyələşdirmə gözləyən iqtisadi layihələr təqdim edilir. Bu cür, o cümlədən Xəzəryanı region ölkələrinin təklif etdiyi layihələr Bakıda da müzakirə ediləcəkdir". A.Kazakovun sözlərinə görə, bu gün Xəzəryanı region ölkələri MDB-nin çox böyük və sabit potensialı deməkdir.
Əlaqələndirmə Şurasının sədri demişdir: "Əlbəttə, böhran iqtisadi tərəqqinin sürətinə düzəlişlər etmişdir, lakin xammal komponentləri sayəsində bu sahədə möhkəm maliyyə ehtiyatları vardır. ÜDM-nin ən azı yarısını təşkil edən strateji valyuta ehtiyatları bir növ "təhlükəsizlik yastığı" rolu oynayır. Məhz bu ehtiyatlar milli pulların və valyuta məzənnələrinin sabitliyinə zəmanətdir".
A.Kazakov xüsusi qeyd etmişdir ki, artıq ənənəyə çevrilmiş Bakı konfransları Azərbaycan Beynəlxalq Bankının (ABB) dəstəyi ilə keçirilir. Bankın rəhbəri Cahangir Hacıyev MDB Maliyyə-Bank Şurasının birinci vitse-prezidentidir.
A.Kazakov jurnalın oxucularına müraciətlə demişdir: "ABB Azərbaycanda bir nömrəli bankdır. Son illərdə ABB-nin beynəlxalq reytinqləri sabitdir. ABB hətta böhran dövründə də təkcə milli layihələrə deyil, Birliyin üzvü olan digər ölkələrin inkişaf proqramlarına da kredit ayırmışdır. Ümumiyyətlə, Azərbaycan çox böyük geosiyasi əhəmiyyətə malikdir, burada böyük maliyyə ehtiyatları cəmləşmişdir. Perspektivdə Azərbaycan regional maliyyə mərkəzi yaradılması üçün çox münasib yerdir. Bu mərkəzdə ilk növbədə Xəzəryanı region ölkələrinin iqtisadiyyatlarının modernləşdirilməsi üçün çox böyük ehtiyatlar akkumulyasiya edilə bilər. Bundan əlavə, Bakı tarixlə müasirliyi özündə üzvi şəkildə birləşdirən əfsanəvi şəhərdir. Onun məxsusi koloriti insanları özünə cəlb edir və konfransları burada keçirmək bizə çox xoşdur".
Xatırladaq ki, MDB üzvü olan dövlətlərin "Maliyyə təsisatları MDB üzvü olan dövlətlərin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır" mövzusunda III Beynəlxalq Bakı Konfransı oktyabrın 20-dən 23-dək Bakıda keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında