Azərbaycan və Tacikistan respublikaları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunmuşdur

 

 

Tacikistan İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması  Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kodiri Kosim ilə ölkəmizin Düşənbədəki səfiri Abbasəli Həsənov arasında görüş keçirilmişdir.

Görüşdə ölkə prezidentləri  E.Rahmon və İ.Əliyev  arasında səmimi münasibətlərin olmasının ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına müsbət təsir göstərdiyi məmnunluq hissi ilə vurğulanmışdır.

K.Kodiri komitənin fəaliyyət sahələri, əməkdaşlıq əlaqələri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat vermişdir. O, Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu ilə bağlı bildirmişdir ki, Türkmənistan tərəfi tikintini başa çatdırmışdır. Əfqanıstan tərəfinin tikintisini DB öz üzərinə götürmüşdür. Tacikistan hökuməti isə nəqliyyat sahəsində olan problemləri tezliklə aradan qaldrımaq üçün məqsədyönlü  iş aparır. Bunun üçün adıçəkilən dəmiryolunun tikintisi ilə bağlı beynəlxalq maliyyə qurumları ilə müntəzəm danışıqlar aparılır və bu sahədə müəyyən irəliləyişlər əldə edilmişdir. 

Səfir A.Həsənov bu il Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə Biznes Forumun, Azərbaycan sənaye məhsulları sərgisinin təşkilinin, eləcə də Azərbaycan-Tacikistan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın III iclasının keçirilməsinin planlaşdırıldığını qeyd etmişdir. A.Həsənov investisiya qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistan tərəfindən investisiyaya ehtiyac duyan konkret sahələrə dair layihələrin baxılmaq üçün Azərbaycan tərəfinə təqdim edilməsini xahiş etmişdir.

Səfir A.Həsənov Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirməsinin nəticəsi olaraq Azərbaycanın nail olduğu inkişaf göstəricələri barədə danışmış, onun regionun lider dövlətinə çevrildiyini konkret faktlarla açıqlamışdır. O, 1994-cü ildən bəri Azərbaycan iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulduğunu, bunun yarıdan çoxunun milli investisiya təşkil etdiyini bildirmişdir.

K.Kodiri bildirmişdir ki, biz Azərbaycanın dinamik inkişafını, əldə etdiyi uğurları mətbuatdan izləyirik və Azərbaycanda gedən inkişaf prosesləri bizi çox sevindirir. Komitə sədri Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının formalaşdırıldığını (İnvestisiya haqqında və Beynəlxalq müqavilələr haqqında qanunlar, Vergi və Gömrük məcəllələri və s.) və işçi qüvvəsinin mövcud olduğunu qeyd etmişdir.

K.Kodiri geologiya sahəsinin əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb etdiyini, Tacikistanın yeraltı sərvətlərinin xarici investisiya üçün cəlbedici olduğunu, dünyanın 250-dən çox şirkətinin bu sahəyə maraq göstərdiyini, onlardan bir neçəsinin artıq bu sahədə fəaliyyətə başladığını qeyd etmişdir. O, həmçinin Tacikistanın 525 milyard kv/s hidroenerji ehtiyatlarına malik olmasına baxmayaraq, bunun cəmisi 3%-indən istifadə edildiyini bildirmişdir.

Komitə sədri Tacikistanda bu gün dünyanın bir çox ölkələrindən şirkətlərin fəaliyyət göstərdiyini,  ÇXR şirkətlərinin çevikliyi ilə fərqləndiyini qeyd etmişdir.  

Sonda səfir A.Həsənov K.Kodiriyə səfirliyin dəstəyi ilə tacik dilinə tərcümə etdirilərək nəşr edilmiş yazıçı-publisist E.Axundovanın ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 7 cildlik “Heydər Əliyev:Şəxsiyyət və zaman”, N.Zinkoviçin “Həyatın kəşməkəşləri” kitablarını təqdim etmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında